
Paşinyana yanlış məlumat verirlər: “Zəngəzur dəhlizi” Ermənistanın suverenliyinə zidd deyil
Yusif Nəzərli
04:03 30.09.2025
Cənubi Qafqaz
330
Naxçıvana keçid razılaşmalarda təsbit olunub
“Zəngəzur dəhlizi təkcə Azərbaycan-Ermənistan məsələsi deyil, Türkiyə və Mərkəzi Asiya üçün də strateji layihədir”
Ermənistanın Baş naziri Nikol Paşinyan “Zəngəzur dəhlizi” ifadəsinin Vaşinqtonda imzalanmış razılaşmalarda əks olunmadığını xüsusi vurğulayıb. Baş nazir bunun rəsmi diskursda işlədilməməli olduğunu iddia edib. Paşinyan həmçinin ABŞ-də imzalanmış ilkin sülh sazişinə diqqət çəkərək, Donald Trampın rolunu “həlledici amil” kimi qiymətləndirib. Halbuki, Paşinyan bir neçə həftə əvvəl İrəvandakı açıqlamalarının birində Azərbaycanın layihəni “Zəngəzur dəhlizi” adlandırmasına etiraz etməməsini belə əsaslandırmışdı: “Bu ad (Zəngəzur dəhlizi) Azərbaycanda çox populyardır və orada hansısa infrastruktur, o cümlədən “Tramp marşrutu”na qoşulacaq layihə belə adlandırıla bilər”. Görünür, Paşinyana təsir edən odur ki, Azərbaycandakı auditoriya ilə yanaşı beynəlxalq aləmdə də “Zəngəzur dəhlizi” ifadəsi populyardır, bir qisim hallarda xarici mediadakı məqalələrdə də bu addan istifadə olunur.
Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl Sherg.az-a açıqlamasında deyib ki, Paşinyanın dəfələrlə bir-birinə zidd açıqlamalar səsləndirdiyinin şahidi olmuşuq. Professor bildirib ki, Prezident İlham Əliyevin VI Xəzər Biznes Forumunun iştirakçılarına ünvanladığı məktubunda məhz beynəlxalq çərçivədə imzalanmış sənəddə qeyd olunan "Tramp yolu" ifadəsi əksini tapıb:

"Paşinyana yanlış məlumatlar verirlər. Azərbaycan Prezidenti öz çıxışlarında, xüsusən xalqımıza xitab edərkən, insanların özünə daha yaxın bildiyi kəlmələrdən istifadə edir. Naxçıvana keçid Zəngəzur ərazisindən olacaq. Paşinyan "Zəngəzur dəhlizi" termininin beynəlxalq sənədlərdə yer almadığını iddia edir. BMT tribunasında sülhdən danışan Paşinyan hələ sülh sazişinin altına imza atmayıb. Ermənistan Konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddiaları qalmaqdadır. Yekun sülhün önündə duran bu məsələni həll etmək əvəzinə Paşinyan demaqogiya ilə məşğul olur. Sanki sülhü istəyən tərəf Ermənistandır, yaxud torpaqlarımızı 30 il işğalda saxlayan, hələ də ərazi iddialarını davam etdirən Ermənistan deyil. Sanki sülh sazişi imzalanıb və buna rəğmən, Azərbaycan hansısa "ərazi iddiası" ilə çıxış edir. Çox gülməlidir".
Alim diqqətə çatdırıb ki, Paşinyan "Zəngəzur dəhlizi" ifadəsini Ermənistanın suverenliyinə qarşı görsə də, burada iki yanaşma var:
"Ermənistan tərəfinin yanaşmasına görə, "Zəngəzur dəhlizi" sözü Ermənistan Respublikasının müəyyən ərazisi üzərində Azərbaycan və Türkiyənin nəzarət tələbi kimi qəbul edilir. Halbuki, Naxçıvana keçidlə bağlı həm 10 noyabr üçtərəfli bəyanatında, həm də sonrakı razılaşmalarda Ermənistan hökumətinin imzası var. Azərbaycan tərəfinin yanaşması olduqca sadə və praqmatikdir. Bakının tələbi beynəlxalq hüquqa zidd deyil. Azərbaycan Zəngəzur dəhlizindən danışarkən nəqliyyat-kommunikasiya xəttinin açılması məsələsini gündəmə gətirir. Anlaşmalarda məhz bu nüans əks olunur. Yəni dəhliz anlayışı sözügedən bölgədə daha öncədən, sovet dönəmində mövcud olmuş dəmiryol və avtomobil yollarının bərpası deməkdir. Ermənistan ərazi sərhədlərini müəyyənləşdirərkən 1991-ci ildə imzalanmış Almatı Anlaşmasına istinad edirsə, o zaman əvvəlki dönəmdə işlək vəziyyətdə olmuş dəmiryollarına da Azərbaycanın nəzarət etməsi faktını unutmamalıdır".
T.İsmayıl əlavə edib ki, Zəngəzur bizim coğrafiyamızın adıdır:
"Zəngəzur Azərbaycan Respublikasının ərazisini də əhatə edir. Ermənistan tərəfi Zəngəzura "Sünik" deyə bilər. Amma biz azərbaycanlı olaraq həmin bölgəni Zəngəzur adlandırırıq, çünki həmin bölgənin tarixi adı Zəngəzurdur. Burada hansısa ərazi iddiasından söhbət getmir. Zəngəzur dəhlizi sadəcə Azərbaycan və Ermənistan məsələsi də deyil. Bu dəhliz Türkiyə, Azərbaycan və Mərkəzi Asiyanın inteqrasiyası üçün strateji layihədir. Əslində, Ermənistanın özü üçün də strateji əhəmiyyət kəsb edən layihədir. Ermənistan və digər regional oyunçular, xüsusən İran bu yolun dəhliz statusunu qəbul etmək istəmirlər. Çünki öz mövqelərinin zəifləyəcəyini düşünürlər. Amma işin içinə ABŞ girdikdən sonra yenə də demaqogiya edilirsə, bu, köhnə ab-havanın davam etməsinin göstəricisidir. Paşinyanın çıxışından Ermənistanın regional güclənmədən qorxduğunu və suverenliyi bəhanə edərək manevr etmək cəhdini görürük. Paşinyan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə öhdəlik götürüb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ oldu
23:35 14.07.2026
Gündəm
ABŞ İrana yenidən zərbələr endirib
23:13 14.07.2026
Dünya
Tramp Hörmüzlə bağlı qərarını dəyişdi: “İranı çox sərt vururuq”
23:12 14.07.2026
Gündəm
İranın Keşm adasında partlayışlar baş verib
22:59 14.07.2026
Dünya
ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH
22:29 14.07.2026
Gündəm
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə