
Rusiya sadəcə Köçəryandan deyil, başqa tərəflərdən də maksimum informasiya yığır -ŞƏRH
11:30 07.10.2025
Cənubi Qafqaz
407
Moskva o zaman Köçəryana sərmaye qoyardı ki, qələbəsinə inansın
“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Kremlə pul istəməyə gedib”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq David Stepanyan deyib.
“Köçəryan üçün hakimiyyət pul qazanmaq üsuludur. Yəqin ruslardan pul istəməyə gedib ki, öz pulunu xərcləməsin”, - ekspert bildirib.
David Stepanyan hesab edir ki, hazırda İrəvanda həbsdə olan erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyan Köçəryana rəqibdir. Politoloq Karapetyanın həm də Moskvanın namizədi olduğunu istisna etməyib.
Samvel Karapetyan Ermənistanda hakimiyyəti ələ keçirməyə açıq çağırış ittihamı ilə həbs olunub.
Xatırladaq ki, ötən həftə Ermənistan KİV Robert Köçəryanın Moskvaya səfəri barədə məlumat yayıb. Qeyd edilib ki, o, Kremldə Rusiya Prezidenti Vladimir Putinin Ermənistan üzrə kuratoru Sergey Kiriyenko ilə görüşüb. Görüşdə Ermənistanda keçiriləcək parlament seçkiləri və bu fonda mümkün iqtidar dəyişikliyinin müzakirə olunduğu iddia edilib. Həmçinin məlumata görə, Kreml rəsmisi heç bir konkret öhdəlik götürməyib, üstəlik, Ermənistandan əl çəkdiklərini açıq şəkildə ifadə edib.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Sherg.az-a bildirib ki, əslində, Robert Köçəryanın “siması” tam olmasa da erməni politoloq tərəfindən düzgün təsbit və təsvir olunur:

"Ümumiyyətlə isə seçki öncəsi Ermənistanın bütün siyasi cəmiyyəti özünə əl qatıb, bu və ya digər dərəcədə fayda əldə etməklə məşğuldurlar. Müraciət edilən ən ibtidai variant isə xalqdır. Guya xalqı düşünürlər. Xalqı düşünülsəydi, Rusiyadan alınan pullar göyə sovrulmazdı. Elə həmin xalq illərlə formalaşdırılan saxta ideologiyanın əsirinə, girovuna çevrilməzdi.
Hər bir tərəf qalib gəlmək, ya da güclü xalq hərəkatı formalaşdırmaq planları üzərində baş sındırır, çəhrayı eynək vasitəsilə xəyallar qururlar. Robert Köçəryanın Rusiyaya səfəri isə sadəcə birincinin marağında olan məsələ deyil. Seçki öncəsi proseslərə, yolun hara çıxdığına nəzarət ikincini də yaxından maraqlandırır. Tərəflərin bir-birini etibarlı müttəfiqi gördüyü də yeni deyil. Rusiya etibarlı müttəfiqdən Kremlin Ermənistan məsələləri üzrə kuratoru Sergey Kirienko ilə görüşdə mövcud ictimai-siyasi vəziyyət haqqında məlumat alır. Köçəryanın Kremldən maddi dayağa ümid etdiyi məlumatı qədər Kremlin bu ümidləri boşa çıxardığı, onları yerlə bir etdiyi də məlum oldu. Rusiya o zaman Köçəryana sərmaye qoyardı ki, qələbəsinə inansın, onu həqiqətən istəsin. Ya da onu Nikol Paşinyana qarşı güclü rəqib kimi görsün. Digər tərəfdən də Köçəryanın daxildə nüfuzu yoxdur. Kreml bilir ki, məhz bu amil vacibdir. Rusiya Paşinyana qarşı elə bir namizədə qol qoyardı ki, bütün hamını ərtafında konsolidasiya edə bilsin. O da yoxdur".
Analitik əlavə edib ki, Rusiya sadəcə Köçəryandan deyil, başqa tərəflərdən də maksimum informasiya yığır:
"Köçəryan, Sarqsyan və onların məlum dəstələrinin dövrü çoxdan başa çatıb. Güclü müxalifət yeni çağırışlarla daha düz mütənasib olmalıdır. Bu cəmiyyət isə hələ Paşinyanı yetişdirə bilib. Digər yandan Nikol Paşinyan da sadəlöv deyil. Paşinyanın uduzmaq ehtimalı olsa idi, bugünkü reallıq olmazdı və Paşinyanın erməni xalqının gələcəyi üçün düşündüyü yeni ideoloji yola çıxılmazdı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm