Zakir Həsənov Komando hərbi hissəsində olub, tapşırıqlar verib
Yusif Nəzərli
06:20 17.10.2025
Hərbi
516
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycan Ordusunun bölmələrinin təminatını və döyüş hazırlığının səviyyəsini yoxlayıb.
Sherg.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Komando hərbi hissəsində və digər bölmələrdə olan nazirliyin rəhbərliyi hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı görülmüş işlərin keyfiyyəti və qoşun xidmətinin təşkili ilə tanış olublar.
Yerlərdə hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olduqdan sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov qışa hazırlıq, bölmələrimizin xidmət və məişət şəraitinin yaxşılaşdırılması, qoşunların döyüş qabiliyyətinin daha da artırılması, silah və texnikaya mövsümi qulluq, həmçinin fasiləsiz təminat üzrə müvafiq vəzifəli şəxslərə əlavə tapşırıqlar verib.
Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən müdafiə naziri hərbi qulluqçularla görüşüb, onları maraqlandıran mövzularla bağlı söhbətlər aparıb.
Görüşdə müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu islahatlardan, dövlət başçısının mötəbər tədbirlərdə iştirak edərkən xalqımızın maraq və mövqeyini qətiyyətlə müdafiə etməsi nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasından danışıb, həmçinin Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdırıb.
Daha sonra hərbi qulluqçular arasında nizam-intizama və təhlükəsizlik qaydalarına ciddi əməl olunması, qarşılıqlı münasibətlərin düzgün qurulması, eləcə də şəxsi heyətin sağlamlığına daha həssaslıqla yanaşmaq barədə vəzifəli şəxslərə müvafiq göstərişlər verib.
General-polkovnik Z.Həsənov qoşun xidmətinin təşkili, şəxsi heyətin bütün növ təminatının diqqət mərkəzində saxlanılması, həmçinin təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsi barədə komandir-rəis heyəti qarşısında konkret tapşırıqlar qoyub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol