
Analitik: Orta Asiya dövlətləri bir-birinə və geniş coğrafiyaya açılırlar
Yusif Nəzərli
05:21 17.10.2025
Dünya
503
Azər Həsrət: “Qırğızıstanın Caparov liderliyi nümunədir, region problemlərinin həllinə töhfə verir”
Qırğızıstan Prezidenti Sadır Caparov Mərkəzi Asiya ölkələrinin təhlükəsizlik şuralarının katibləri və Hindistanın baş nazirinin milli təhlükəsizlik müşaviri ilə görüşündə çağırış edib. Qırğız rəhbəri deyib ki, yalnız birgə səylərlə transmilli terrorizmlə səmərəli mübarizə aparıla bilər. Həmsöhbətlər regional təhlükəsizlik və mövcud təhdid və çağırışlara qarşı mübarizəni müzakirə ediblər. Qırğızıstan rəhbəri vurğulayıb ki, gərgin beynəlxalq şəraitdə sülh və dostluq münasibətlərinin qorunması davamlı inkişaf üçün həlledici amilə çevrilir. Terrorizm və ekstremizmlə yanaşı, dövlətlər qeyri-qanuni miqrasiya və kibertəhlükələrlə daha çox təhdid edilir. Japarov əməkdaşlığın bir sıra əsas istiqamətlərini, o cümlədən terrorizm və ekstremizmə qarşı və transmilli cinayətkarlıqla mübarizəni qeyd edib. Mərkəzi Asiya ölkələrinin təhlükəsizlik şuralarının katibləri və Hindistan baş nazirinin müşaviri ikitərəfli və çoxtərəfli əməkdaşlığı gücləndirməyə hazır olduqlarını və Mərkəzi Asiya-Hindistan formatında dialoqun vacibliyini qeyd ediblər.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a deyib ki, Hindistan Orta Asiyanın ən yaxın qonşusudur və bu dövlətlərlə bir coğrafiyada yerləşir. Ekspert vurğulayıb ki, Hindistan tarix boyu türk imperiyalarının tərkibində olub:

"Bunlardan ən parlağı Babur imperiyasıdır. Əmir Teymurun soyundan gələn Babur Şahın qurduğu Türk Babur imperiyası 300 il müddətində Hindistan ərazisində mövcud olub. Ən parlaq mirası "Tac Mahal" bu gün Hindistan ərazisindədir. Bu misalı ona görə çəkirəm ki, Hindistanın Orta Asiyadan, türk coğrafiyasından ayrı olmadığının fərqinə varaq. Belə şəraitdə Hindistanla türk dövlətləri arasında əməkdaşlıq vacibdir. Coğrafiyada Əfqanıstan və Pakistan kimi dövlətləri də gözardı etmək olmaz. Onlar da eyni coğrafiyanı paylaşırlar. Orta Asiya ölkələri istənilən məsələni, terrorizmə, cinayətkarlığa qarşı mübarizə, yaxud qarşılıqlı anlaşma, dinc yanaşı yaşama məsələlərini bir-biri ilə yanaşı, yaxın qonşuları, o cümlədən Hindistanla da müzakirə etməlidirlər".
A.Həsrət bildirib ki, dərin qlobal inteqrasiya yolundayıq və bu inteqrasiya əvvəlcə region ölkələrinin daha da yaxınlaşması, sonra daha böyük coğrafiyaya açılması şəraitində mümkündür:
"Orta Asiyada da regional inteqrasiya prosesləri gedir. İnteqrasiya dedikdə bəzən düşünürlər ki, dövlətlər öz müstəqilliklərindən imtina edib vahid dövlətə birləşəcəklər və s. yox, belə deyil. İnteqrasiya sadəcə qarşılıqlı münasibətlərin, anlaşma mühitinin dərinləşməsini nəzərdə tutur. O baxımdan Qırğızıstan prezidentinin fikirləri yerində, vaxtında deyilmiş, səsləndirilmiş fikirlər kimi qiymətləndirilməlidir. Ümumiyyətlə, qardaş dövlətin Sadır Caparovun rəhbərliyi altında son illərdə atdığı addımlar təqdirəlayiqdir. İstər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istər qonşularla problemlərin kökündən həllinə yönəlmiş cəhdlər, istərsə də daha geniş coğrafiyaya açılmaq təşəbbüsləri müsbətdir. Bundan narahat olmamalıyıq, əksinə, sevinməliyik. Hindistanla Azərbaycan arasında Ermənistana görə bir qədər gərginlik var. Orta Asiya dövlətləri o gərginliyin aradan qaldırılmasında Azərbaycana çox fayda verə bilərlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol