Sahibə Qafarova Pakistan senatının sədri ilə görüşdü
14:06 28.10.2025
Siyasət
365
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Senatının sədri Syed Yusuf Raza Gilani ilə görüşüb.
Sherg.az xəbər verir ki, görüşdə beynəlxalq parlament konfransının əhəmiyyəti vurğulanaraq, konstitusiyanın dövlətin hüquqi təməllərinin möhkəmləndirilməsi, cəmiyyətin inkişafı, siyasi sabitliyin təmin olunması və vətəndaşların hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynadığı qeyd edilib.
Bildirilib ki, Azərbaycanın qazandığı Zəfər nəticəsində ölkəmiz Ermənistanın 30 illik işğalına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu mənada həm mühüm siyasi əhəmiyyət, həm də rəmzi məna daşıyır.
Görüşdə ölkələrimiz arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərindən məmnunluq ifadə edilib, bu əlaqələrin dərinləşməsində ölkə liderlərinin xüsusi rolu vurğulanıb. Eyni zamanda, ikitərəfli münasibətlərin genişlənməsində qanunverici orqanların həm ikitərəfli əsasda, həm də müxtəlif platformalarda əməkdaşlığı yüksək qiymətləndirilib.
Söhbət zamanı, bu ay İslamabadda keçirilən Azərbaycan–Pakistan–Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü məmnuniyyətlə xatırlanaraq, onun nəticələri yüksək dəyərləndirilib və həmin görüşün dövlətlərarası münasibətlərin daha da genişləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya