Nikol Paşinyan: İlham Əliyevin qərarını təkcə biz yox, dünya alqışladı
11:39 04.11.2025
Cənubi Qafqaz
390
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yükdaşıma qadağasının ləğvi barədə bəyanatına münasibət bildirib.
Teleqraf xəbər verir ki, o, həmin bəyanatı beynəlxalq platformalarda da alqışladığını xatırladıb.
“Bu bəyanatdan əsas fayda görəcək tərəflərin təkcə Ermənistan deyil, həm də Mərkəzi Asiya ölkələri olduğu ortaya çıxdı. Əlbəttə, birinci növbədə Ermənistan, amma eyni zamanda Mərkəzi Asiya dövlətləri də bu qərardan qazanır”, - Paşinyan vurğulayıb.
Baş nazirin sözlərinə görə, Azərbaycan Prezidentinin tranzit məhdudiyyətlərini aradan qaldırmaqla bağlı açıqlamasından dərhal sonra Ermənistan bəyan edib ki, bu gündən etibarən Türkiyədən Azərbaycan və əks istiqamətə yük maşınlarının tranzit keçidini təmin etməyə hazırdır.
Paşinyan həmçinin vurğulayıb ki, Ermənistan siyasi baxımdan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəmir yolu əlaqəsinin qurulmasına qarşı deyil: “Amma hazırda bunu fiziki baxımdan həyata keçirmək mümkün deyil, çünki dəmir yolu yoxdur. O yol hələ inşa olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol