
Politoloq: Paşinyan anlayır ki, “geri dönüş” ideyası Rusiyanın təxribat alətidir
12:38 04.11.2025
Cənubi Qafqaz
427
Natiq Miri: Qarabağ ermənilərinin qayıdışı mövzusu Paşinyan üçün siyasi tələdir
Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsində Azərbaycanın Qarabağ bölgəsindən könüllü gedən ermənilərin geriqayıdışı məsələsinin gündəmə gətirilməsini sülh üçün zərərli hesab edir.
O, bu barədə İrəvanda keçirilən forumda bildirib.
“Artıq söyləmişəm ki, geriqayıdış məsələsini sülh üçün zərərli hesab edirəm. Həmçinin bildirmişəm ki, onların qayıdışı məsələsi təhlükəlidir, çünki bu, münaqişənin ilkin parametrlərinə qayıtmaq deməkdir”, - Nikol Paşinyan qeyd edib.
Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsindən könüllü çıxan ermənilər Ermənistanı tərk edərək Rusiyada, Fransada, Almaniyada, hətta Macarıstanda yaşamağa üstünlük verirlər. Bununla belə, bəzi qarabağlı ermənilərin ev sahibi olan ölkənin təklif etdiyi şərtlərə uyğunlaşmayaraq, qısa müddətdən sonra Ermənistana qayıtdıqları bildirilir.
Politoloq Natiq Miri Sherg.az-a deyib ki, Paşinyanın bundan əvvəl də eyni istiqamətdə konkret fikirlər səsləndirmişdi:

"Bu, həmin açıqlamanın mahiyyətcə davamı və təkrarıdır. Sözügedən mövqe real sülh prosesinə adekvat yanaşmadır. Çünki bu məsələnin gündəmə gətirilməsi Azərbaycan-Ermənistan sülh prosesinə zərər verə bilər. Çünki Nikol Paşinyan anlayır ki, bu mövzu ilk növbədə müxalifət-Qarabağ klanı, Rusiyanın dəstəklədiyi revanşist qüvvələr və həmçinin kilsə tərəfindən onun hökumətinə qarşı alət kimi istifadə ediləcək. Könüllü şəkildə Qarabağdan çıxmış ermənilərin qayıdışı məsələsi sadə məsələ deyil. Onlar Qarabağa Azərbaycan vətəndaşlığını qəbul edən şəxslər kimi deyil, “müstəqil” və qondarma “Artsax Respublikasının vətəndaşı” kimi qayıtmaq istəyirlər. Məhz bu səbəbdən məsələnin Paşinyan hökuməti səviyyəsində bu şəkildə gündəmə gətirilməsi mümkün görünmür. Bu, birbaşa şəkildə Azərbaycana qarşı yenidən ərazi iddiası deməkdir. Artıq Nikol Paşinyan hökuməti bu məsələni bitmiş hesab edir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, eləcə də Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu rəsmən tanıyıb. Bu, həm 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan sənədlərdə təsbit olunub və paraflanıb.
Yəni, geriyə dönüş yoxdur. Bu məsələnin yenidən gündəmə gətirilməsi sülh prosesinə zərər vurmaqla yanaşı, Azərbaycan-Ermənistan münasibətlərini yenidən gərginləşdirə bilər. Regionda sülh mühiti formalaşdığı bir vaxtda, niyə yenidən geriyə qayıdış olsun ki? Paşinyan hökumətinin bunu qəbul etməsi də inandırıcı görünmür".
Analitik vurğulayıb ki, Paşinyan dəfələrlə bəyan edib ki, Qarabağ problemi süni şəkildə yaradılıb:
"Bu, əslində Ermənistanın da zərərinə olub. Onun fikrincə, Sovet İttifaqı dağıldıqdan sonra Rusiya bu münaqişəni süni şəkildə davam etdirərək həm Azərbaycana, həm də Ermənistana təsir imkanlarını qoruyub saxlayıb. Bu, reallığa əsaslanan mövqedir. Ona görə də Paşinyan bu məsələnin yenidən gündəmə gətirilməsini zərərli və beynəlxalq hüquqa zidd hesab edir. O, bu mövzunun aktuallaşmasına imkan vermək niyyətində deyil gələcəkdə də şərait yaratmayacaq".
Aynur Babazadə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol