Palata: Naxçıvanın sosial-iqtisadi inkişafına maliyyə ayrılmayıb
13:04 04.11.2025
İqtisadiyyat
419
Növbəti ilin büdcə layihəsində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın maliyyə təminatı barədə məlumata rast gəlinmir.
Sherg.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir:
"2025-ci ilin investisiya xərclərində ayrıca sətirlə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası xərclərinin maliyyə təminatı üçün 150 mln. manat nəzərdə tutulub. Lakin vəsait sonradan azaldılaraq 70 mln. manat təsdiq edilib. (27,5 mln. manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, 10,0 mln. manatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, 8,2 mln. manatı Elm və Təhsil Nazirliyinə, 24,2 mln. manatı isə Dövlət Su ehtiyatları Agentliyinə). Cari ilin 8 ayında Elm və Təhsil Nazirliyinə ayrılmış vəsaitdən ümumiyyətlə maliyyələşmə aparılmaması, eləcə də icranın Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti üzrə 28,2%, Dövlət Su Ehtiyatları Agentliyi üzrə 47,3% təşkil etməsinin əvvəlki illərdə olduğu kimi keçid layihələrin artması ilə yanaşı, ilin sonunda qalıq vəsaitin formalaşmasına zəmin yaradacağı qənaətindəyik.
Qeyd edilməlidir ki, “Naxçıvan Muxtar Respublikasında infrastruktur və sosial layihələrin həyata keçirilməsi ilə bağlı xərclər” layihəsi üzrə 2023-cü ilin icra göstəricilərinə əsasən dövlət əsaslı vəsait qoyuluşu xərclərində nəzərdə tutulmuş 31 layihə üzrə maliyyələşmiş 39,8 mln. manat vəsaitdən 28 layihə üzrə 35,4 mln. manat vəsait istifadə edilməyərək hesabat dövrünün sonuna qalıqda qalıb. 2024-cü ilin icra göstəricilərinə əsasən isə 52 layihənin maliyyələşməsinə nəzərdə tutulmuş 249,1 mln. manat vəsait 83,3% azaldılaraq 41,7 mln. manat təşkil etməklə, cəmi 21 layihə üzrə 13,6 mln. manat vəsait ödənilib.
2026-cı ilin dövlət büdcəsinin layihəsi ilə bağlı İzahatda, eləcə də Dövlət İnvestisiya Proqramının istiqamətlər üzrə bölgüsündə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın maliyyə təminatı barədə ayrıca məlumat verilməsə də, bu proqram üzrə xərclərin dövlət əsaslı vəsait qoyuluşunun müvafiq istiqamətləri üzrə nəzərdə tutulacağı qənaətinə gəlinir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol