557 illik tarix: Burada namaz qılarkən yağış yağmır - FOTO
Ayyət Əhməd
12:42 21.07.2019
Gündəm
1083
Türkiyənin Trabzon-Gümüşhanə sərhədində yerləşən, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə Kadırğa yaylasında üstü açıq, çevrəsi 1,5 metrlik daş divarla örtülmüş 557 illik cüt minarəli məsciddə yüz illərdir insanlar açıq havada ibadət edirlər. Yay mövsümünün gəlməsiylə Trabzon və Gümüşhanədən Kadırğa yaylasına köçən çoxlu insanlar bu məsciddə namaz qılır.
Sherg.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu il də Gümüşhanənin Özkürtün, Kürtün, Trabzonun isə Maçka, Şalbazarı, Tonya və Beşikdüzü qəsəbə bələdiyyələrinin təşkilatçılığı ilə keçirilən ənənəvi “Kadırğa Otçular Yayla Şənliyi”nə gələn ziyarətçilər, namazlarını üstü açıq məsciddə qılaraq yüz illik ənənəni davam etdiriblər.
Vətəndaşlardan Özkan Pekin, üstü açıq məsciddə ibadət ənənələrini yaşatmağa çalışdıqlarını bildirib: “Hər il buraya gəlirik. Burada namaz qılınarkən Allahın hikməti sayəsində yağış yağmır. Biz də bu ənənəni nəsildən nəsilə ötürmək üçün uşaqlarımızla buraya gəlib namaz qılırıq. Babalarımızın, atalarımızın tarixi mirasına sahib çıxmaq son dərəcə önəmlidir”.
Yaylağa üstü açıq məsciddə namaz qılmaq üçün gəldiyini deyən Ömər Dural da deyib ki, səhər saatlarında hava pisləşib: “Amma namaz vaxtı bizə təsiri olmadı, ibadətimizi etdik. Allah bütün islam aləminin birliyini, bərabərliyini daim etsin. Uşaqlığımda, 1970-ci illərdə də buraya belə çox adam gəlirdi. Biz də yenə gəldik və ənənəni davam etdirməyə çalışırıq. Buranın mənəvi həzzi başqadır”.
Kadırğa yaylağında baş tutan “Kadırğa Otçular Yayla Şənliyi” bu il də çoxlu insanın qatılması ilə gerçəkləşib. Nağara, zurna və kamança ilə keçirilən şənlikdə qadınların geyindiyi rəngarəng paltarlar maraq cəlb edib. Şənlikdə məhəllə sənətçiləri konsetr veriblər.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm