ABŞ-ın Venesuelada prezident Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı əməliyyat zamanı “gizli texnoloji silah” istifadə etdiyi iddia olunur.
Sherg.az xəbər verir ki, şahidlərin sözlərinə görə, Venesuela hərbçiləri burun qanaması, şiddətli baş ağrısı, qan qusma və hərəkətsizlik kimi əlamətlərlə yerə yıxılıb.
Mütəxəssislər bu simptomların “yönləndirilmiş enerji silahları” və ya “sonik silah” təsiri ilə uyğun gəldiyini bildirir və hadisəni “Havana sindromu” ilə müqayisə edirlər. Pentaqon əməliyyatda müasir döyüş təyyarələrinin istifadə olunduğunu təsdiqləsə də, “gizli silah” iddialarına münasibət bildirməyib.