ABŞ-nin İrandan tələbləri məlum oldu

İran-ABŞ arasındakı saziş layihəsi atəşkəs rejiminin 60 gün uzadılmasını və Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını ehtiva edir.

Teleqraf xəbər verir ki, diplomatik danışıqlarla tanış olan iki regional rəsmi "CBS News"-a anlaşma memorandumunun layihəsinə daxil olan bəndləri açıqlayıblar.

Sənədə hazırkı atəşkəsin 60 gün uzadılması, İranın dərhal Hörmüz boğazını açması, gəmiçiliyi 30 gün ərzində müharibədən əvvəlki səviyyəyə qaytarmaq üçün addımlar atması, İran, ABŞ və müttəfiqlərinin Livan da daxil olmaqla bütün cəbhələrdə bütün hərbi əməliyyatların dərhal və qəti şəkildə dayandırıması daxildir. Eləcə də tərəflər həmçinin bir-birinə qarşı müharibə aparmamaq və güc tətbiq etməklə hədələməkdən və ya güc tətbiq etməkdən çəkinmək öhdəliyi götürməlidirlər.

Bundan əlavə İran heç vaxt nüvə silahı istehsal etməyəcəyinə dair öhdəliklərini bir daha təsdiqləməlidir. İranın zənginləşdirilmiş uran ehtiyatlarının hər iki tərəfin razılaşdırdığı mexanizmə uyğun olaraq məhv edilməsinə razılaşılmalıdır. İranın dondurulmuş maliyyə aktivləri və rejimə qarşı sanksiyalarla bağlı məsələlərin həlli birbaşa Tehranın yuxarıdakı məqamlara əməl etməsindən asılı olacaq.