Alparslan Kuytul istintaqında 44 nəfərin həbsi tələb olunur

Adanada Alparslan Kuytul və onun həyat yoldaşı Semra Kuytulun da aralarında olduğu 56 şübhəli məhkəməyə göndərilib. Onlardan 44-ü barədə həbs, 9-u barədə isə məhkəmə nəzarəti tədbirinin tətbiqi tələb olunub.

Sherg.az xəbər verir ki, Adana Respublika Baş Prokurorluğunun istintaqı çərçivəsində 19 avqustda 6 vilayətdə 49 ünvana eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat zamanı 56 nəfər saxlanılıb.

Məlumata görə, 56 şübhəlidən 44-ü, o cümlədən Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul həbs tələbi ilə, 9 nəfər isə məhkəmə nəzarəti tədbiri tətbiq olunması üçün hakimliyə göndərilib. 3 şübhəli isə prokurorluq tərəfindən sərbəst buraxılıb.

İstintaqın “cinayət təşkilatı yaratmaq və idarə etmək”, təşkilata üzvlük, cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması, ağırlaşdırılmış dələduzluq, rəsmi sənədlərin saxtalaşdırılması və vergi qanunvericiliyinin pozulması iddiaları ilə bağlı aparıldığı bildirilir.