
Amerika pulu, " medianın inkişafı" və QHT-lər: Kimlər tora düşür ?
Yusif Nəzərli
13:22 07.11.2023
Gündəm
863
ABŞ hər yerdən əli kəsildikdən sonra indi də “xidməti müqavilə” adı altında çirkli maliyyələşdirmə siyasəti həyata keçirərək Azərbaycan xalqının tarixi qələbəsinə kölgə salmağa çalışır. Həmçinin Amerika kəşfiyyatı "humanitar missiya" adı altında bölgəyə yerləşdirdiyi təşkilatlardan - USAID və digər qurumlardan öz məqsədlə istifadə edir. USAID kənd təsərrüfatı, ticarət, səhiyyə, humanitar yardıma dəstək istiqamətində fəaliyyət göstərdiyini bəyan etsə də, Cənubi Qafqaz ölkələrində "media inkişafına" külli miqdarda vəsait, qrantlar ayırması, müxalif QHT-ni maliyyələşdirməsi əsas məqsədin nədən ibarət olduğunu aydın şəkildə ortaya qoyur. Eyni zaçmanda ABŞ-ın Azərbaycanda ikinci qrant payladığı təşkilat Avrasiya Tərəfdaşlıq Fondu və Marşal Fondu da USAİD kimi eyni missiyanı həyata keçirməklə məşğul olur. Digər tərəfdən Azərbaycanın regionlarında yaradılmış Amerika guşələrindən Azərbaycan gənclərinin düşüncələrini pozmaq və onları Azərbaycan dövlətinə qarşı qızışdırmaq vasitəsi kimi istifadə edilir.
Məsələ ilə bağlı açıqlama verən Qeyri-Hökumət Təşkilatları Formunun (MQF) prezidenti Rauf Zeyni "Sherg.az"a bildirib ki, bizim təşkilat 24 ildir Azərbaycanın milli maraqları və təhlükəsizliyi uğrunda mübarizə aparır:

"Hələ işğal dövründə ABŞ Dövlət departamenti hər il qondarma "Dağlıq Qarabağ" rejiminə yardım edirdi. Biz isə buna dəfələrlə etiraz edərək bildirmişik ki, separatçı rejim verilən yardımla qanunsuz silahlı birləşmələr yaradır və narko-ticarəti maliyyələşdirir. Cavab verirdilər ki, bu yardım təhsil və humanitar məsələlər üçün ayrılır. Bu etirazlara görə 24 ildir ki, bizim təşkilata USAİD kimi beynəlxalq donor təşkilatları qrant vermir. Çünki verdiyimiz bəyanatlara görə qara siyahıya salınmışıq".
R.Zeyni əlavə edib ki, MQF üzv təşkilatlar Azərbaycanın milli maraqlarını müdafiə edir:
"Təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanın maraqlarına zərbə vuran təşkilatları maliyyələşdirirlər. Bu gün də həmin proses davam edir. Soros, USAİD və digər beynəlxalq təşkilatların atdığı addımların cavabı verilməyib.Düzdür, biz beynəlxalq təşkilatlarla əməkdaşlıq etməliyik. Ancaq bu məsələlər qarşılıqlı olmalıdır. Yəni Azərbaycanın əleyhinə ədalətsiz bəyanat verən hansısa təşkilatın vəsaiti bizə lazım deyil. Ümumiyyətlə , Azərbaycanın QHT-nin beynəlxalq təşkilatlarla əməkdaşlığna yenidən baxılmalıdır".
R.Zeyni vurğulayıb ki, QHT-in illik ehtiyacları ödənməlidir:
"Əgər biz USAİD kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək istəmiriksə, maliyyə Azərbaycan dövləti tərəfindən ayrılmalıdır. Bu məsələlərə yenidən baxmaq lazımdır ki, QHT-lər yad təsirlər altına düşməsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropadakı quraqlıq Azərbaycana da dərs verdi - EKSPERT
17:34 12.08.2026
Aktual
Bəzi yerlərə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
17:26 12.08.2026
Ekologiya
İordaniya İrana xəbərdarlıq etdi
17:13 12.08.2026
Dünya
Ramanada atasının qətlində təqsirləndirilən şəxsə cəza istənilib
16:54 12.08.2026
Hadisə
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb
16:36 12.08.2026
Hadisə
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə
Qırğızıstanda güclü zəlzələ baş verdi
13:45 12.08.2026
Hadisə