AZAL-a ÇAĞIRIŞ:"Vətəndaşları yad ölkədə taleyin ümidinə buraxmaq olmaz”
Şəymən Bayramova
13:32 17.03.2020
Gündəm
844
Ədalət Əliyev:“Pulsuz-parasız insanlar var ki, qalmağa yerləri belə yoxdur. Onları da düşünmək lazımdır ki ac- susuz günlərlə aeroporta kömək gözləmək asan deyil”
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti dayandırılıb.
Azərbaycan və Türkiyə arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar olaraq, Azərbaycan milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyəyə çarter reysləri təşkil edilib. Türkiyədə yaşayan, oxuyan və ya müvəqqəti qalan vətəndaşlarımızın mümkün müraciətlərinə operativ şəkildə cavab vermək üçün Azərbaycan səfirliyi və baş konsulluğunda "qaynar xətt” yaradılıb.
Görünür, ölkə vətəndaşlarının vətənə çarter reyslər vasitəsilə çatdırılmasında müəyyən məhdudiyyətlər var. Əks halda narazı insanlar sosial media vasitəsilə öz etirazlarını paylaşıb, AZAL-ı etinadsızlıqda ittiham etməzdi. Statuslardan görünür ki, vətəndaşlarımız arasında ciddi narazılıq var. Xüsusən də yaradılan qaynar xəttlə bağlı şikayətlərin sayı hesabı yoxdur. Türkiyədə daimi yaşayan həmyerlilərimiz də öz feysbuk hesablarında vəziyyətin ciddi olduğunu, vətəndaşlarımızın aeroportlarda qaldığını qeyd ediblər.
Türkiyə aeroportlarında ilişib qalan vətəndaşlarımız da AZAL-ın feysbuk hesabında öz şikayətlərini dilə gətirib, tez zamanda ölkə qaytarılmalarını tələb edirlər:
"Ölkə, öz vətəndaşlarını Türkiyədə taleyin ümidinə buraxıb. Sağlam insanı zorla burda tutub virusa yoluxdurursunuz. Səfirlik yararsız bir qaynar xətt açıb, hamıya 'gözlə, məlumat verəcəyik, biz də heç nə bilmirik deyir' . Amma harda ve nece gözləyəcəyik onu düşünən yoxdur".
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sabiq prezidenti Ədalət Əliyev isə "Şərq"ə açıqlamasında deyib ki, bu cür situasiyalarda dövlət məsələyə müdaxilə etməli və vətəndaşların üzləşdikləri bütün əngəlləri tez bir zamanda aradan qaldırmalıdır:
"Azərbaycanın milli aviadaşıyıcısı Türkiyə ilə Azərbaycan arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar hökumətin tapşırığı ilə Türkiyə ərazisində qalmış Azərbaycan vətəndaşlarının gətirilməsi üçün müvafiq addımlar atılmalıdır. Vətəndaşları yad bir ölkədə taleyin ümidinə buraxmaq düzgün deyil. AZAL-ın Türkiyədəki nümayəndəliyi orada qalan və vətənə qayıtmaq istəyən bütün azərbaycanlıları bir yerə yığmalı, tez zamanda onların ölkəyə uçuşunu təşkil etməlidir. Bu məsələni uzatmaq, insanlarımızı orda ağır vəziyyətdə buraxmaq olmaz. Pulsuz- parasız insanlar var ki, qalmağa yerləri belə yoxdur. Onları da düşünmək lazımdır ki ac- susuz günlərlə aeroporta kömək gözləmək asan deyil. Qısa vaxt ərzində onların problemləri həll olunmalıdır".
Oxşar xəbərlər
Azərbaycanın rolu artıq yalnız Cənubi Qafqazla məhdudlaşmır - Mehmet Gökhan Özçubukcu
20:53 16.09.2026
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə