Azərbaycan bu həftə ikiillik Şəffaflıq Hesabatlarını təqdim edə bilər
09:36 18.11.2024
Gündəm
353
Azərbaycan bu həftə ikiillik Şəffaflıq Hesabatlarını (BTR) təqdim etməyi planlaşdırır.
“Sherg.az” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev COP29 çərçivəsində təşkil olunmuş Yaponiya, CAR, ABŞ, İtaliya və Qazaxıstan nazirlərinin iştirakı ilə keçirilən qlobal iqlim şəffaflığı üzrə dəyirmi masada bildirib.
Onun sözlərinə görə, ambisiyaların artırılması Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr, Milli Adaptasiya Planı və İkiillik Şəffaflıq Hesabatları vasitəsilə 1,5 dərəcə hədəfinin saxlanılması ilə bağlı dəqiq planlar tələb edir.
Bu gün təqdim olunan Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi şəffaflığı və beynəlxalq əməkdaşlığı təşviq etmək üçün kollektiv qətiyyət nümayiş etdirir.
M.Babayevin sözlərinə görə, o, Bakı Şəffaflıq Platforması ilə tandem şəklində fəaliyyət göstərir. "Bir tərəfdən, biz iqlim fəaliyyətində şəffaflığa sadiqliyimizi təsdiqləyirik, digər tərəfdən isə şəffaflıqla bağlı konkret fəaliyyətlər üçün platforma yaradırıq", - o qeyd edib.
"COP29-u bu istiqamətdə daha səmərəli addımlar atmaq üçün bir fürsət kimi nəzərdən keçirməyə çağırıram. Bakı Bəyannaməsi qlobal iqlim şəffaflığı və qlobal iqlim dəyişikliyi məsələlərində daha səmərəli addımlar atmağa təkan verəcək ", - nazir əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət