Azərbaycan FAO ilə Niyyət Bəyannaməsi imzalayıb
06:58 12.11.2024
Gündəm
351
Azərbaycan və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında "Qida və Kənd Təsərrüfatı üçün Davamlı Transformasiya" (FAST) təşəbbüsünə daxil edilmiş “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü” ilə bağlı əməkdaşlığın gücləndirilməsinə dair Niyyət Bəyannaməsi imzalanıb.
"Sherg.az" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, sənədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində, nazir Məcnun Məmmədovun FAO-nun Baş Direktoru Qu Dongyunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə imza atılıb.
COP29-un Kənd Təsərrüfatı Nazirliyinin pavilyonunda baş tutan görüşdə FAO ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.
M.Məmmədov COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə təsirinin minimuma endirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb. O, bildirib ki, Azərbaycan hökuməti dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. FAO Azərbaycanın ən mühüm beynəlxalq tərəfdaşlarından biridir. Azərbaycan bu təşkilatla kənd təsərrüfatı sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və bu əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Q.Dongyu öz növbəsində Azərbaycanla təşkilat arasında yüksək səviyyəli əlaqələrin qurulmasından məmnun olduğunu deyib. O qeyd edib ki, qlobal çağırışların təsirləri fonunda Davamlı İnkişaf Məqsədlərinə nail olunması üçün daha dayanıqlı aqroərzaq sistemlərinin qurulması və bu istiqamətlərdə qlobal əməkdaşlığın genişləndirilməsi olduqca vacibdir. COP29 kimi tədbirlər aqrar sahənin inkişafı istiqamətində prioritetlərin müəyyənləşdirilməsi işinə mühüm töhfə verir. Q.Donqyu aqrar sahənin dayanıqlı inkişafı, səmərəli, peşəkar mütəxəssis bazasının formalaşdırılmasına yönəlmiş layihələrin bundan sonra da dəstəklənəcəyini vurğulayıb.
Tərəflər FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunub, aqrar sahədə məhsuldarlığın daha da artırılması, torpaq və su resurslarından səmərəli istifadə, kənd təsərrüfatının rəqəmsallaşdırılması, aqrar sahədə təhsil, təlim və elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual