Azərbaycan ilə Qırğızıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
16:55 06.07.2023
Gündəm
425
İyulun 6-da Qırğızıstan Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Trend xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib. Fəxri qarovulun önündən keçildikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. General-leytenant B.Bekbolotov protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər, həmçinin Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti barədə danışıb.
General-polkovnik Z.Həsənov bildirib ki, Ordumuzun uğurlu əməliyyatlarından düzgün nəticə çıxarmayan Ermənistan üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq silahlı qüvvələrinin qalıqlarını hələ də ərazilərimizdə saxlamaqla regionda sülhün və təhlükəsizliyin təmin olunmasına ciddi maneə yaradır. Azərbaycan Ordusu hər an istənilən təhdidin qarşısını almağa qadirdir.
Ölkəmizə səfərindən məmnun olduğunu bildirən Qırğızıstanın müdafiə naziri isə öz növbəsində səmimi qəbula görə minnətdarlığını bildirib. Xalqlarımızın tarixi dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə olduğu kimi hərbi əməkdaşlığın da inkişafına böyük töhfə verdiyini qeyd edib.
Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya