Azərbaycan-Macarıstan əlaqələrinin gücləndirilməsi üçün böyük imkanları olan sahələr açıqlanıb
16:48 05.11.2025
Gündəm
133
Azərbaycan və Macarıstan arasında energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əlaqələrin gücləndirilməsi üçün imkanlar böyükdür və hər iki ölkə bu potensialın reallaşdırılması üçün zəruri tədbirlər görür.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Macarıstanın Baş naziri Viktor Orban ilə bu ölkəyə səfər çərçivəsində keçirilən görüş zamanı bildirilib.
Qəbulda Macarıstanla aparılan müzakirələrin vacibliyi vurğulanıb, əldə edilən razılaşmaların uğurla həyata keçirilməsindən məmnunluq ifadə olunub, Azərbaycan-Macarıstan münasibətlərinin inkişaf dinamikası, iqtisadi əməkdaşlığın perspektivləri və birgə layihələr üzrə tərəfdaşlığın səmərəli nəticələri barədə fikir mübadiləsi aparılıb.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və iqtisadi inkişaf naziri Marton Nadın da iştirak etdiyi görüşdə Viktor Orban ölkəsinin enerji təhlükəsizliyi baxımından Azərbaycanla əməkdaşlığının əhəmiyyətinə toxunub, həmçinin bir sıra Macarıstan şirkətlərinin fəaliyyətinin Azərbaycanda uğurla genişləndiyini, digər macar şirkətlərinin də Azərbaycanda investisiya planlarının gündəlikdə olduğunu qeyd edib.
Səfər çərçivəsində M. Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə də görüşüb.
Tərəflər Azərbaycan-Macarıstan əlaqələrinin strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını, hər iki ölkə rəhbərliyinin əməkdaşlığın inkişafına, mövcud potensialdan səmərəli istifadəyə xüsusi önəm verdiklərini vurğulayıblar.
Görüşdə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının imkanları barədə də məlumat verilib, Macarıstan şirkətləri ölkəmizin əlverişli biznes mühitindən, tranzit potensialından yararlanmağa dəvət edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm