Azərbaycan Ordusunda Milli Dirçəliş Günü münasibətilə tədbirlər keçirilib
15:44 17.11.2024
Gündəm
434
Cari ilin tədbirlər planına uyğun olaraq, Azərbaycan Ordusunda 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən olan 17 Noyabr - Milli Dirçəliş Gününün ölkəmizin müstəqilliyinin bərpa edilməsindəki tarixi rolundan, Ulu Öndərin uzaqgörənliyi və müdrik siyasətindən, həmçinin onun milli dirçəlişi və mənəvi dəyərləri yüksək tutmasından, Ümummilli Liderin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.
Həmçinin 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə keçirdiyi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunmasının milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı olması vurğulanıb.
Qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən siyasəti sayəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğalda olan torpaqlarımızı azad edərək ərazi bütövlüyümüz və dövlət suverenliyimizi tam bərpa edib. Bu gün 17 Noyabr - Milli Dirçəliş Günü ölkəmizin hər bir yerində xalqımız tərəfindən böyük qürur və iftixar hissi ilə qeyd olunur.
Silsilə tədbirlər çərçivəsində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri ədəbi-bədii kompozisiyalar, mədəni-kütləvi və digər tədbirlər şəxsi heyət tərəfindən maraqla qarşılanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət