Azərbaycan və BMT-nin qurumu Əməkdaşlığa dair Çərçivə sənədi imzalayıb
Yusif Nəzərli
06:06 15.11.2022
Gündəm
378
Azərbaycan hökuməti ilə BMT-nin Sənayenin İnkişafı Təşkilatı (UNİDO) rasında 2022-2026-cı illər üzrə Əməkdaşlığa dair Çərçivə sənədi imzalanıb.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də bildirib.
"Sənəd təşkilatla əməkdaşlığın genişləndirilməsinə və ölkəmizdə dayanıqlı inkişaf məqsədlərinə xidmət edən mexanizmlərin icrasına töhfə verəcək", - deyə o, qeyd edib.
Nazirliyin bununla bağlı yaydığı məlumatda isə bildirilir ki, sənədi M.Cabbarov və UNİDO-nun baş direktoru Gerd Müller imzalayıblar. Mərasimdə azərbaycanlı nazir UNIDO-nun sənayenin davamlı inkişafının təşviqi istiqamətində tədbirlərinin əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ölkənin sosial-iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Bu baxımdan, ötən ilin martında imzalanmış BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda hazırda həyata keçirilən 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası da BMT-nin 2030-cu ilədək İnkişaf Gündəliyi ilə sıx uzlaşır. Nazir diqqətə çatdırıb ki, bu gün imzalanan sənəddə ətraf mühit və enerji səmərəliliyi, təmiz istehsal kimi vacib sahələrə üstünlük verilir və bu, ölkəmizin “yaşıl” artım məkanına çevrilməsi prioritetinə uyğundur.
G.Müller isə Azərbaycanın son illər əldə etdiyi uğurları qeyd edib, Çərçivə sənədinin ixtisaslaşmış beynəlxalq qurum - UNIDO ilə əməkdaşlığın dərinləşdirilməsinə, Azərbaycanın sənaye potensialının daha geniş reallaşmasına töhfə verəcəyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya