Azərbaycana qarşı "qəhrəmanlaşdırma" oyunları keçməyəcək - RƏY
Azərbaycana qarşı "qəhrəmanlaşdırma" oyunları keçməyəcək - RƏY
14:32 10.12.2024
Gündəm
363
Bura Gürcüstan deyil, kənar müdaxilələrə qarşı effektiv mexanizmlər möbcuddur
ABŞ Dövlət Departamentində dövlət katibi Antoni Bilenkenin iştirakı ilə Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününə həsr olunmuş mükafatlandırma mərasimi olub. Korrupsiyaya qarşı mübarizədə "əlamətdar addımlar atmış" şəxsləri tanımaq və bu "qəhrəman tərəfdaşlarla" həmrəylik nümayiş etdirmək üçün 2021-ci ildə Korrupsiyaya Qarşı Mübarizə Çempionları Mükafatını təqdim ediblər. Departamentin mükafat verdiyi şəxslər arasında Azərbaycanda həbsdə olan "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı da var.
Qeyd edək ki, "Abzas Media" nın baş redaktoru olmuş Sevinc Vaqifqızı barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib. Məsələ ondadır ki, bugün korrupsiya ilə bağlı araşdırmalar məhz ABŞ-nin özündə aparılmalıdlr. Pentaqonda on milyardlarla dollar yeyinti aşkarlanır, amma bu barədə heç kim yazmır, kimsəyə mükafat verilmir. Əvəzində Bayden öz cinayətkar oğlunu azad etdirir. Bu, Bayden administrasiyasının siması olmaqla yanaşı, həm də ayrı ayrı ölkələrdə hüquq müdafiəçisi adı altında verilən mükafatların əsl mahiyyətini göstərir. Bayden administraaiyası müxtəlif ölkələrdə, o cümlədən də Azərbaycanda xəyanətkarları, mənəviyyatsızları tapıb pul müqabilində əməkdaşlığa cəlb edir. Sonra da öz xalqına və dövlətinə qarşı riyakarlığa görə onları "mükafatlandırır", "qəhrəmanlaşdırır". Ancaq Bayden administrasiyası da, digərləri də bilməlidirlır ki, Azərbaycanda bu oyunlar keçməyəcək. Azərbaycan Gürcüstan deyil, burada kənar müdaxilələrə qarşı effektiv mexanizmlər möbcuddur və bundan sonra da belə riyakar cəhdlərin qarşısı alınacaq.
Siyasi şərhçi Azər Həsrət "Şərq"ə deyib ki, ABŞ-nin bu cür siyasəti bir çox günahsız insanları qurbana çevirir. Ekspertin sözlərinə görə, əvvəlcədən şirnikləndirmə yolu ilə aldadılaraq fəal adamları bu cür qanunsuz əməllərə sövq edirlər:
"Onları lüzumsuz yerə tərifləyib dağ başına qaldırırlar. Həvəsləndirici təkliflərlə yavaş-yavaş elə bir mərhələyə çatdırırlar ki, həmin adamlar da sonrakı mərhələdə qanun pozuntularına yol verirlər. Öz dövlətlərinə qarşı çıxmağa başlayırlar. Ümumiyyətlə elə bir girdaba düşürlər ki, artıq oradan çıxa bilmirlər. Son nəticədə həmin adama "mükafatlar" təqdim edirlər. Bir növ dünyaya təbliğ edirlər ki, öz ölkəsində "mübarizə" aparan insanların arxasında dururlar. Amma bütün bunlar boş illuziyalardır, aldatmacadır. Çox istərdim ki, bizim fəallarımız, jurnalistlərimiz, insan haqqları, vətəndaş cəmiyyəti təmsilçiləri bu cür şirnikləndirmələrə aldanmasınlar".
Ekspertə görə, bunların hamısının məqsədi ABŞ kimi dövlətlərin maraqlarına xidmətdir:
"Bir insan öz Vətənin, dövlətini kənara qoyub başqa bir dövlətin maraqlarına niyə xidmət etməlidir? Niyə bir insan öz dövlətinin əvəzinə kənar bir ölkənin xidmətçisi olmalıdır? Boş, uydurma tərif qazanmaq üçün əldən-ayaqdan getməyə dəyərmi? Bu məsələlərdə çox diqqətli olmalıyıq. Düşünürəm ki, belə təşəbbüslər "gözə kül üfürmək", aldatmaq, şirnikləndirmək, qızışdırmaq, cəmiyyətlərə qarışıqlıq salmaq cəhdindən başqa bir şey deyil. Təəssüf ki, bəzi şəxslər belə "mükafatlar" uğrunda mübarizə də aparırlar. Bəziləri bunu bilərəkdən, bəziləri isə bilmədən edirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm