Azərbaycanda iki gənc alim itkin düşüb

Gənc alimlər Elnur Nəciyev və Emil Cəbrayılov Quba-İsmayılı istiqamətində yoxa çıxıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan APA-ya bildirilib ki, qeyd olunan şəxslərlə bağlı polisə müraciət edilib, barələrində axtarışa elan olunub və tapılmaları istiqamətində tədbirlər görülür.