Azərbaycanda turist axını 30%-dən çox artıb
08:20 13.09.2024
Gündəm
499
Bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1748,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə "Sherg.az"a Dövlət Statistika Komitəsindən bildirilib.
Gələnlərin 28,7 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,2 faizi Hindistan, 8,1 faizi İran, 4,4 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Gürcüstan, 3,3 faizi Qazaxıstan, 2,8 faizi Pakistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,7 faizi Özbəkistan, 1,5 faizi Çin, hər birindən 1,4 faiz olmaqla Küveyt və Ukrayna, hər birindən 1,2 faiz olmaqla İsrail, Türkmənistan və Oman, 1,0 faizi Belarus, 10,9 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,4 dəfə, Cənubi Koreyadan - 2,2 dəfə, Çindən - 2,0 dəfə, İspaniyadan - 1,8 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Filippindən - 1,6 dəfə, Qazaxıstandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, İordaniyadan - 1,5 dəfə, Omandan - 49,6 faiz, İrandan - 42,1 faiz, İtaliyadan - 35,0 faiz, Polşadan - 33,7 faiz, Səudiyyə Ərəbistanından - 31,4 faiz, Türkmənistandan - 30,3 faiz, Yəməndən - 28,1 faiz, Misirdən - 26,7 faiz, Küveytdən - 23,8 faiz, ABŞ-dan - 21,6 faiz, Özbəkistandan - 20,9 faiz, Ukraynadan - 18,9 faiz, Türkiyədən - 18,8 faiz, Almaniyadan - 18,6 faiz, Rusiya Federasiyasından - 17,7 faiz, Fransadan - 12,6 faiz, Gürcüstandan - 10,9 faiz, Moldovadan - 10,9 faiz, Tacikistandan - 10,8 faiz, Bəhreyndən - 10,5 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 10,1 faiz artıb.
2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 34,5 faiz artaraq 307,2 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,5 faiz artaraq 67,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,5 faiz artaraq 663,6 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,6 faizi hava, 23,2 faizi dəmir yolu və avtomobil, 1,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət