Bakı Trampa jest etdi - AÇIQLAMA
Yusif Nəzərli
04:09 07.12.2024
Gündəm
514
Blinken oyundankənar vəziyyətə salındı
Bayden Administrasiyasının Ağ Evi tərk etməmişdən öncə demokratların aktivinə daha bir xal yazdırmaq məqsədi alınmadıATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilməyib. Ermənistan XİN-in sözçüsü Ani Badalyan erməni tərəfinin görüşə razılıq verdiyini deyib. Yayılan xəbərə görə, ABŞ Dövlət katibi Antoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib.
Məlumdur ki, ABŞ hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etmir. Blinken bu təşəbbüsü ilə ABŞ-ni yenidən sülh prosesinə daxil etmək niyyəti güdüb. Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib. Səbəb isə budur ki, ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür. Buna görə Azərbaycan ABŞ-nin sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır. Yəni Azərbaycan ABŞ-nin vasitəçiliyindən imtina etdiyi üçün bu görüş baş tutmayıb.
Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, E.Blinkenin ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31 iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirmək istəyi Bayden Administrasiyasının Ağ Evi tərk etməmişdən öncə demokratların aktivinə daha bir xal yazdırmaq məqsədi daşıyırdı. Ekspertin sözlərinə görə, Bakı görüşdən imtina etdi, çünki bu görüş sadəcə “topal ördəyin” xeyrinə olacaq addım idi və sülh danışıqlarının irəliləməsi baxımından nəticəsiz olacaqdı: "Bakı bununla sülh danışıqlarını post-Bayden dövrünə saxlamaqla Trampa jest edir. Səbəbin “Bayden Administrasiyasının Azərbaycanla bağlı ədalətsiz siyasəti” olduğunu göstərən Bakı bununla Ağ Evin gələcək administrasiyasına da “ABŞ-nin bölgədəki proseslərdə iştirakı Azərbaycanla münasibətlərdən asılı olacaq” mesajını verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm