Bakıda sarı zolaq qadağası bu saatdan başlayır
08:01 19.07.2019
Gündəm
574
“Baku 2019” Avropa Gənclər Yay Olimpiya Festivalında təhlükəsizliyi təmin etmək üçün polis gücləndirilmiş iş rejiminə keçəcək”. Bu barədə Lent.az -a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, festivalın artıq başlanılmasına çox az qalıb:
“İştirakçıların daşınması üçün sarı rəngli olimpiya zolağı ayrılıb və buna bizim tərəfimizdən mütəmadi nəzarət ediləcək. Festivalla əlaqədar paytaxtın bəzi küçə və prospektlərində sarı zolaq qadağası isə iyulun 20-si gecə saat 00:00-da başlayacaq və 28-i gecə 00:00-dək davam edəcək. Bu müddətdə sarı zolaqda yalnız tədbir iştirakçılarının xüsusi tanınmış nişanları olan avtomobillərinin hərəkəti icazə veriləcək. Digər avtomobillər bu zolaqla hərəkət etsələr, onlar kamera vasitəsilə aşkarlanacaq və barələrində tədbir görüləcək. Bu zolaqlar üzərində hərəkətin qadağan olduğunu bildirən yol nişanları qoyulub və bununla bağlı yetərincə təbliğat aparmışıq”.
V.Əsədov sarı zolaqla bağlı sürücülərə müraciət edib:
“Bakıda süni sıxlığın və tıxacların yaranmaması üçün sürücülərdən ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik. Onlara Sarı zolaqlar üzrə Təşkilat Komitəsi tərəfindən xüsusi tanınma nişanları (avtomobilin ön və arxa şüşəsi üzərində xüsusi emblem) olan avtomobillərin hərəkətinə şərait yaratmalarını tövsiyə edirik. Bundan əvvəlki dövrlərdə Bakıda keçirilən idman tədbirləri zamanı Bakı yollarına sarı rəngli zolaqların tətbiq edilməsinin müsbət nəticələrini nəzərə alaraq, diqqətə çatdırırıq ki, sürücülər festival iştirakçılarının tədbir yerləri istiqamətində bu zolaqlar üzrə təhlükəsiz hərəkəti üçün şərait yaratmalıdırlar”.
Qeyd edək ki, festivalla əlaqədar paytaxtın "Ziya Bünyadov”, "Q.Qarayev”, "Neftçilər”, "Atatürk”, "H.Ələsgərova”, "Azadlıq”, "Z.Əliyeva, "Tbilisi, "Moskva”, "Ü.Hacıbəyov”, R.İsmaylov və s. küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya
İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
12:12 26.05.2026
Gündəm
SEPAH ABŞ PUA-sının vurulduğunu bildirir
11:57 26.05.2026
Dünya
Bu gün işdən 1 saat tez çıxacaqsınız
11:07 26.05.2026
Cəmiyyət
Zənginləşdirilmiş uran ya dərhal ABŞ-a veriləcək, ya da… - Tramp
10:57 26.05.2026
Dünya