Bakıda Tacikistanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib
18:38 24.09.2024
Gündəm
442
Tacikistan Respublikasının müstəqilliyinin 33-cü ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.
"Report" xəbər verir ki, əvvəlcə Azərbaycanın və Tacikistanın Dövlət himnləri səsləndirilib.
Tacikistan səfiri Abdurahmon İlhom Barotzoda ölkəsinin müstəqillik tarixindən və ölkələrimiz arasında əlaqələrinin inkişafından bəhs edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dost tacik xalqını Müstəqillik Günü münasibətilə Azərbaycan hökuməti adından təbrik edib.
Azərbaycan və Tacikistan bir-biri ilə etnik, dini, tarixi və mədəni köklər və ortaq mənəvi dəyərlərlə sıx bağlı olduğunu qeyd edən nazir, iki ölkə arasında yüksək səviyyəli siyasi münasibətlərin olduğunu bildirib.
İki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri və birgə səyləri ilə münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyini, ölkələr arasında bir sıra sahələrdə, o cümlədən ticarət, iqtisadiyyat, nəqliyyat və mədəni sahələrdə əməkdaşlıq edilyini qeyd edib.
Cari ilin may ayında imzalanmış “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”nin münasibətlərimizin yeni mərhələyə yüksəlməsində mühüm rolu vurğulanıb.
Zəngəzur dəhlizinin Asiya və Avropanı birləşdirən Orta Dəhlizin ən vacib hissəsi olacağı, Tacikistanın da bu marşruta qoşulması ilə ümumi gücümüzün artacağı qeyd edilib.
Ölkəmizin noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) fəal hazırlaşdığını bildirən nazir, tacik dostlarımızın bu konfransın uğurla keçirilməsinə böyük töhfə verəcəyinə inandığını bildirib.
S.Babayev iki ölkə arasında münasibətlərin davamlı inkişaf edəcəyinə əminliyini ifadə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi