Baş Prokurorluq, ETSN və BDU-nun birgə ECOLEAD layihəsi icra olunur
17:36 26.09.2024
Gündəm
380
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universitetinin birgə həyata keçirdiyi ECOLEAD (Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq mahfizə tədbirləri) layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib.
“Report” xəbər verir ki, qurumların rəsmilərinin və əməkdaşlarının, o cümlədən Bakı Dövlət Universiteti tələbələrinin iştirakı ilə keçirilən tədbir zamanı Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi boyunca Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun ağaclar əkilib.
Qeyd edək ki, ECOLEAD platforması prokurorluq əməkdaşları, ekoloqlar, ali təhsil ocaqları və ictimaiyyət nümayəndələrinin səyləri nəticəsində ətraf mühitin mühafizəsi sahəsində pozuntuların qarşısının alınması, təcrübənin paylaşılması və cəmiyyətin maariflənməsinə yönəlib.
ECOLEAD layihəsi respublika ərazisində ekoloji cinayətlər nəticəsində zədələnmiş yaşıllıqların bərpası məqsədi daşıyır. Layihənin əsası Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universiteti arasında Xankəndi şəhərində keçirilmiş tədbirdə imzalanmış Anlaşma Memorandumu ilə qoyulub, sonra memoranduma Naxçıvan Dövlət Universiteti qoşulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi