Bayram Beqay:“Albaniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib”
Yusif Nəzərli
13:48 15.11.2022
Gündəm
400
“Albaniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasına öz dəstəyini verib”.
Bu sözləri Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatı zamanı bildirib.
“İstərdik bildirək ki, Ukraynada gedən müharibə və onun nəticələrinə gəldikdə, biz ümumi mövqedən çıxış edirik: diplomatiya və dialoq irəliyə doğru aparan əsas yoldur. Bu, həmçinin Cənubi Qafqaz və digər bölgələr üçün də vacibdir. Albaniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasına öz dəstəyini verib.
Ukraynadakı müharibəyə gəldikdə, bəyan edirəm ki, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və istəyirik ki, bu məsələ sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın.
Mən, həmçinin bildirdim ki, ölkələrimiz arasında beynəlxalq təşkilatlarda, BMT-də, Avropa Şurasında məhsuldar əməkdaşlıq aparılır.
BMT Təhlükəsizlik Şurasına Albaniyanın namizədliyinə, o cümlədən ATƏT-in sədrliyinə dəstək verilməsi ilə bağlı müraciət etdim. Əlbəttə ki, namizədliyə gəldikdə, bizim əməkdaşlığımız bu baxımdan gələcəkdə də davam etdirilməlidir”, - Albaniyanın dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol