Bayramovla Çavuşoğlu danışdı:“Delimitasiyaya görə vəziyyət gərgindir” – PƏRDƏARXASI
Fidan Həmişəyeva
14:54 19.05.2021
Gündəm
550
Bu gün Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.Nazirlər bölgədəki cari vəziyyəti, o cümlədən Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı məsələləri müzakirə ediblər. Telefon danışığı zamanı tərəflər, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, Fələstində baş verənlər ilə bağlı fikir mübadiləsi aparıblar.
Telefon danışığını “Sherg.az”a şərh edən siyasi analitik Turab Rzayev bildirib ki, Qarabağ münaqişəsi sadəcə Qarabağdan ibarət deyil. Bu, çox geniş və beynəlxalq siyasətin atributuna çevrilib:
“Məlumdur ki, Ermənistan-Azərbaycan arasında delimitasiya problemi var. Bu problemə görə vəziyyət gərgindir. Məsələ ilə bağlı Rusiya XİN başçısı Sergey Lavrov Bakıya gəlib, KTMT öz münasibətini bildirib. Lavrov bu gün həmçinin Tacikistan prezidenti ilə danışıb. Daha sonra Rusiya Azərbaycan və Ermənistana təklif edib ki, məsələyə dair ortaq komissiya yaradılsın. ABŞ isə hər iki ölkə ilə birbaşa görüşməyə çalışır. Burada yanaşma fərqi var:Rusiya özü məsələyə müdaxilə etmək, Amerika isə birbaşa Azərbaycan və Ermənistanın problemini həll etməsini istəyir.
Fransa isə Ermənistanı dəstəkləyir və Azərbaycanı kəskin ittiham edir. Rusiya delimitasiya məsələsində çox da anti-Azərbaycan mövqe sərgiləmir. Amma istənilən halda Rusiya və Fransanın olduğu yerdə Türkiyə də olmalıdır. Ona görə də danışıq zamanı bu məsələlər müzakirə olunub. Eyni zamanda Qarabağ və “İskəndər- M” raketi ilə bağlı mövzu gündəmə gətirilsə də, yarımçıq qalıb. Lavrovun Bakıya gəlişi zamanı nələr razılaşdırıldığını bilmirik. Sülhməramlılarının hüquqları da vacibdir. Qarabağın sülhməramlıların nəzarətində olan hissəsi ixtiyarımıza keçəcəkmi? Bununla bağlı istəklərimiz var. İstəyirik ki, sülhməramlılar olan ərazidə Azərbaycanın tam nəzarəti olsun. Türkiyə də bunu istəyir, Rusiya isə mümkün qədər mane olmağa çalışır. Əlbəttə ki, Ermənistan da buna razı deyil”.
T.Rzayev qeyd edib ki, Rusiya faktiki olaraq Xankəndidə ermənilərə nəzarətini azaldıb:
“Azərbaycan isə Xankəndiyə tam nəzarəti öz üzərinə götürmək istəyir. Fransadan olsa, Qarabağı “müstəqil dövlət” kimi tanıyar ki, Azərbaycan ermənilərə nəzarət edə bilməsin. ABŞ erməni lobbisinin təsiri ilə müəyyən bəyanat versə, əslində neytral və hər iki ölkəni barışığa çağıran addım atır. Məncə də, ən yaxşısı budur. Yəni bundan sonra Azərbaycan hakimiyyətinin Ermənistanla bir təmas xətti olsa, məsələ birbaşa həllini tapar. Bir sözlə, çoxtərəfli faktlar və münasibətlər var. Düşünürəm ki, nazirlərin söhbətində ən azı bu cür bir neçə məsələ müzakirə edilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
18:32 27.06.2026
Dünya
Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
18:17 27.06.2026
Hadisə
Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır
17:50 27.06.2026
Mədəniyyət
Hörmüz boğazında tanker vurulub
17:48 27.06.2026
Gündəm
Yunanıstanda meşə yanğınları başladı
17:39 27.06.2026
Hadisə
Fitso: Slovakiya Ukraynaya hərbi yardım üçün pul ayırmayacaq
17:39 27.06.2026
Dünya
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
17:28 27.06.2026
Gündəm
XXI əsr Türk Dünyasının yüksəliş dövrü ola bilər - Ali Satan
17:22 27.06.2026
Gündəm