“Qatar” və BƏƏ-nin “Etihad” aviaşirkətləri təhlükəsizlik səbəblərindən görə Səudiyyə Ərəbistanının bir neçə şəhərinə uçuşları müvəqqəti olaraq dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, Ər-Riyad hava limanı yenidən hücuma məruz qalıb, nəticədə insanlar xəsarət alıb və hava limanının fəaliyyəti dayandırılıb. “Qatar” hava yolları Ər-Riyad və Dammama olan bütün uçuşların müvəqqəti dayandırıldığını açıqlayıb. “Etihad” isə Əbu-Dabi ilə Ər-Riyad arasında uçuşları oktyabrın 19-dək ləğv edib. Şirkət, həmçinin Ciddə və Dammama bir sıra reysləri bir neçə gün müddətinə dayandırıb.
Qeyd edək ki, Yəməndəki husi qruplaşmaları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanına zərbə endirmişdilər.