
Blinkenin Türkiyə səfəri: Suriya siyasi xəritəsinə ciddi təsir göstərə bilər - RƏY
15:46 11.12.2024
Gündəm
572
ABŞ dövlət katibi Antoni Blinken Türkiyəyə səfər edəcək. Türkiyə mətbuatının yaydığı məlumata görə cümə günündə baş tutacaq səfər çərçivəsində Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşəcək. Görüşdə Suriyadakı son hadisələr və iki ölkənin regiona dair siyasətləri müzakirə ediləcək.
ABŞ nümayəndəsinin Orta Şərqdəki son hadisələrlə bağlı Türkiyəyə səfərini "Sherg.az"a şərh edən politoloq Sultan Zahidov bildirib ki, Blinkenin Türkiyəyə səfəri Suriya siyasi xəritəsinin formalaşmasına ciddi təsir göstərə bilər:

"Çətinliklərə baxmayaraq, beynəlxalq oyunçuların, xüsusilə ABŞ-nin dəstəyi ilə müxtəlif qrupların bir araya gətirilməsi mümkündür. Suriyanın gələcək hökumətinin siyasəti isə əsas müzakirə mövzularındandır. Bu hökumətin regional ölkələrlə və beynəlxalq güclərlə münasibətləri necə tənzimləyəcəyi, eyni zamanda daxili qrupların maraqlarını nə dərəcədə nəzərə alacağı diqqət mərkəzindədir. Əgər hökumət hərtərəfli yanaşma sərgiləyərsə, bu, ölkənin sabitliyinə xidmət edə bilər, əks halda vəziyyət daha da mürəkkəbləşə bilər. ABŞ-nin Suriyadakı geosiyasi maraqları və bölgədəki mövcudluğu mühüm əhəmiyyət daşıyır. Hal-hazırda ABŞ bölgədə məhdud hərbi kontingent saxlayır və kəşfiyyat fəaliyyəti həyata keçirir. Onların məqsədi daxili qüvvələr arasında balansı qorumaq və strateji üstünlüklər əldə etməkdir. Ağ Evin bu addımları Suriyanın gələcək siyasi reallığını müəyyənləşdirən əsas amillərdən biri olacaq".
Ekspert əlavə edib ki, ABŞ-nin siyasəti İsrailin maraqları ilə də uyğunluq təşkil edir:
"İsrail uzun müddətdir Əsəd rejimini özünün əsas rəqibi hesab edir. Əsədin devrilməsi İsrailin təhlükəsizlik baxımından üstünlüyünü artıracaq və bu da ABŞ-nin yanaşmasına təsir göstərir. Türkiyənin rolu isə Suriyada münaqişənin həllində və gələcək sabitliyin təmin edilməsində xüsusilə vacibdir. Ankara Azad Suriya Ordusuna dəstək verir və müxalif qüvvələri öz ərazisində yerləşdirir. Türkiyə ABŞ üçün həm regional güc, həm də strateji tərəfdaşdır. İki ölkə arasında əməkdaşlıq bölgədə vəziyyətin normallaşmasına ciddi töhfə verə bilər.
Lakin bu əməkdaşlığın perspektivi ABŞ-nin bölgədəki prioritetlərindən asılıdır. Əgər Vaşinqton sabitliyin təmin olunmasına yönəlmiş siyasət yürüdərsə, Türkiyə ilə birgə fəaliyyət daha məhsuldar olacaq. Yox, əgər ABŞ yalnız öz geosiyasi maraqlarını ön planda saxlayar və İsrailin təhlükəsizliyini prioritet seçərsə, ABŞ-Türkiyə münasibətləri gərginləşə bilər. Keçmişdə Suriya və İraq məsələlərində iki ölkənin mövqelərinin fərqli olması əməkdaşlıq imkanlarını məhdudlaşdırıb. Bu baxımdan, gələcəkdə ABŞ-Türkiyə münasibətləri, əsasən, Vaşinqtonun regional siyasətdə hansı istiqaməti seçəcəyindən asılı olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya