BMT Baş katibi COP29-la bağlı “Böyük İyirmilik” ölkələrinə çağırış edib
15:49 19.11.2024
Gündəm
344
Qlobal temperatur artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmasaq artan təbii fəlakətlər bütün ölkələrin iqtisadiyyatına zərər verəcək.
APA xəbər verir ki, bu barədə barədə BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında qeyd olunub.
“Biz 1,5 dərəcə həddinə yaxınlaşmalıyıq və ölkələr qısa müddətdə emissiyaların azaldılmasını sürətləndirməlidirlər”, - Baş katib çağırış edib.
O təəssüflə bildirib ki, hazırda emissiyalar artmağa davam edir: “Buna görə qalıq yanacaqlardan bərpa olunan enerjiyə ədalətli keçidi sürətləndirməliyik. Qalıq yanacaq dövrünün sonu qaçılmazdır. Bunun çox gec olmaması və ədalətli olması üçün hər şeyi edək”.
Baş katib G20 ölkələrini ayıq-sayıq olmağa çağırıb: “Prezident Lulanın (Braziliya Prezidenti Lula da Silva) dediyi kimi, "Böyük iyirmilik" qlobal emissiyaların 80%-nə cavabdehdir. Ona görə də sizə ayıq-sayıq olmaq lazımdır. Keçən həftə iki üzvünüz — Braziliya və Britaniya emissiyaları azaltmaq üçün yeni tədbirlər elan edərək bizə yaxşı bir başlanğıc verdi”.
Quterreş vurğulayıb ki, Bakıda uğur qazanmalı, etimad yaratmalı və gələn il üçün iddialı milli iqlim planlarının hazırlanmasını stimullaşdırmaq lazımdır: “Bu məqsəd, müxtəlif səviyyələrdə maliyyə hədəfi, güzəştli şərtlərlə dövlət vəsaitlərinin həcminin əhəmiyyətli dərəcədə artmasından başlayaraq inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəməlidir. Mən çoxtərəfli İnkişaf Banklarının son bəyanatını alqışlayıram. Bu masaya toplaşan bütün ölkələri məsuliyyət hissi göstərməyə, COP29-un uğurunun təmini üçün kömək etməyə çağırıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm