Bu, Ermənistanın Rusiyanın qırmızı xəttini keçməsi deməkdir - Şərh
Yusif Nəzərli
16:48 05.11.2025
Gündəm
183
Rusiyanın Ermənistanla siyasi münasibətləri açıq-aydın həyəcanverici sürətlə enişə doğru gedir. Müqayisə üçün deyək ki, Azərbaycanla əksinə, münasibətlər ancaq inkişaf edir.
Qarabağ ətrafındakı vəziyyətdə isə Rusiya baş verən hər şeyi qəbul etdi. Əsas sual odur ki, Rusiya-Ermənistan münasibətlərindəki tənəzzül hansı səviyyəyə çatacaq?
Bunu Rusiya xarici işlər nazirinin keçmiş müavini (1990-1991), politoloq Andrey Fyodorov deyib.
“Paşinyanın MDB Şurasına gəlməməsi, görünür, labüd olaraq ortaya çıxacaq sualla - Ermənistanın KTMT-də gələcək iştirakı ilə müqayisədə xırda məsələdir. Ermənistan rəhbərliyindən İrəvanın Qərbin dəstəyi ilə ölkənin təhlükəsizlik sistemini yenidən qurmaq niyyətində olduğuna dair siqnallar var. İrəvanla Paris arasında bağlanan hərbi saziş yalnız başlanğıcdır. Daha ciddi bir razılaşma üzərində iş gedir - ABŞ-la strateji sənəd. Beləliklə, Ermənistanın bu cür tendensiyalar və atdığı addımlarla KTMT-də qalması mümkünsüz görünür. İrəvanın hələ də “bunu etməyə dəyərmi” deyə düşünməyə vaxtı var. Ermənistanın özü də başa düşmür ki, gördüyü iş xeyirli, yoxsa zərərlidir”, - o bildirib.
Andrey Fyodorovun fikirlərinə münasibət bildirən politoloq Sultan Zahidov "Sherg.az"a söyləyib ki, Ermənistan dövləti Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Qərb yönümlü siyasət yürütməkdədir:
"İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Rusiya arasında münasibətlərdə müəyyən istiləşmələrin şahidi olduq. Rusiya həmin dönəmdən bu günə qədər Azərbaycan Ermənistan arasında normallaşma prosesində vasitəçiliyini təklif edib. Həmçinin, Ermənistan bu prosesdə fəal iştirak etdi. Amma ötən ilin sentyabrında baş verən hadisələrdən sonra Paşinyanın istiqamətində böyük dəyişikliyin olduğunu görürük. Artıq Nikol Paşinyan Avropa birliyi, Fransa və ABŞ timsalında Ermənistanın gələcəyini onlarla əməkdaşlıqda görür. Bu isə Rusiyanın maraqlarına uyğun gələn siyasət deyil. Ümumiyyətlə Cənubi Qafqaz ölkələri üçün ən uyğun xarici siyasət həm Rusiya, həm də Qərb ölkələri ilə balanslı şəkildə prosesləri yürütməkdir. Paşinyan isə yazılmamış qaydanı pozaraq Şimal qonşumuzdan uzaqlaşma istiqamətində addımlar atdı. Bunların hamısı Rusiya və Ermənistan arasında gərginliyi ən pik həddə çatdırdı. Ermənistan MDB-nin görüşlərinə gəlmir və Vladimir Putinin vasitəçilik təklif etdiyi proseslərdə iştirak etmir. Eyni zamanda Nikol Paşinyan hakimiyyətinin KTMT-də iştirakı belə sual altındadır. Bütün bunların fonunda Ermənistan Rusiya qarşısında özünə yeni himayədar axtarır. Bu havadar ölkə öncə Fransa daha sonra ABŞ-dir".
Analitik onu da qeyd edib ki, ötən günlərdə Fransa və Ermənistan arasında imzalanan hərbi- texniki sahədə əməkdaşlıq sazişinin şahidi olduq:
"Bu isə artıq Rusiya ilə Ermənistan arasında yaranacaq növbəti problemlərin təzahürüdür. Belə olan halda Rusiyanın Ermənistana mümkün təzyiqlər həyata keçirməsi real görsənir. Eyni zamanda Nikol Paşinyana qarşı çevriliş etmək ehtimalı da var. Paşinyan Rusiya ilə bağlarını tamamilə qoparmamağa çalışacaq. Onsuz bunu etmək də mümkün deyil. Çünki Rusiyanın Erebuni və Gümrüdə hərbi bazası var. Eyni zamanda Ermənistanın iqtisadiyatı, infrastrukturu, enerjisi Rusiyadan xeyli asılı vəziyyətdədir. Hətta Ermənistanın sərhəddini rus federal təhlükəsizlik xidmətinin əsgərləri qoruyur. Belə olan halda Rusiyanın forvaterindən çıxmaq çətin olacaq. Amma Nikol Paşinyan təhlükəsizlik məsələlərində Qərbə doğru istiqamətlənmək niyyətində olduğunu açıqlamasında qeyd edib. Buna səbəb isə guya Rusiyanın onların təhlükəsizliyini qorumayaraq xəyanət etməsidir. Rusiya orbitinə qayıtmaq üçün Ermənistanın hələ də bir şansı var. Amma Ermənistanın Qərb yönümlü siyasəti onun yox olmasına gətirib çıxara bilər. Ermənistan və Fransa arasında müttəfiqlik müqaviləsinin belə imzalanması gözləniləndir. Belə bir sazişin imzalanması isə Ermənistanın KTMT-dən çıxarılması və Rusiyanın qırmızı xəttini keçməsi deməkdir. Belə olan halda Şimal qonşumuz Ermənistana qarşı təzyiq və təsir mexanizmlərini işə salacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm