Burada 11 ildə 318 nəfər boğulub
16:45 05.11.2025
Gündəm
145
Amma yenə də kanalda çimməyi üstün tuturlar
Türkiyənin Adana bölgəsində insan tələfatı sayına görə “lənətlənmiş ərazi” kimi tanınan su kanalında bu yay da ziyarətçi bolluğu yaşanır. Sherg.az “NTV.com.tr”yə istinadən bildirir ki, son 11 ildə su kanalında 318 nəfər boğulub.
Ötən il də 30 nəfər batıb. Ölənlər arasında uşaqlar çoxluq təşkil edir. Lakin havaların istiləşməsiylə kanalda yenə eyni mənzərə yaşanır. Qızmar havada sərinlənmək istəyənlər bu kanala üz tutur, suya baş vururlar. Kanalda çimənlərin çoxu uşaqlardır. Əylənmək və sərinlənmək istəyən uşaqlar suvarma kanalına, Seyhan çayı, Seyhan su anbarı gölünə baş vururlar. Suvarma kanalı Adananın bir çox bölgəsindən keçdiyi üçün kanalda çimənlərin sayı da hər gün artır. Baxmayaraq ki, kanalda ölüm halları çox olur, uşaqlar yenə də sərinlənmək üçün kanalda çimməyi üstün tuturlar. Məktəblər bağlanacaq, uşaqlar kanala daha çox gəlməyə başlayacaq. Bunu nəzərə alan ailələr kanalda çimməyin qadağan edilməsini istəyir. İHA müxbirinin “Kanalda 11 ildə 318 nəfər ölüb. Kanalda çimməkdən qorxmursunuz” sualına cavab verən bir yeniyetmə “Hava çox istidi. Yanırıq. Ölənlərə Allah rəhmət eləsin, biz üzməkdən qorxmuruq. Həyata bir dəfə gəlir insan, ürəyimiz nə istəyir, onu edirik”, cavabını verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm