Ceyhun Bayramov BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsinin rəhbəri ilə görüşüb
18:37 15.11.2024
Gündəm
316
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsinin icraçı direktoru Qada Vali ilə görüşüb.
Xarici İşlər Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, görüşdə transmilli cinayətkarlıq, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində əməkdaşlıq məsələləri, habelə ölkəmizin COP29 sədrliyi çərçivəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.
Ceyhun Bayramov ölkəmizin müvafiq qurumları ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi arasında əməkdaşlığın, habelə COP29 çərçivəsində həyata keçirilən birgə tədbirlərdən bəhs edib.
Transmilli cinayətlərlə mübarizə üzrə təlim-tədris məsələlərinin əhəmiyyəti diqqətə çatdırılıb, bu istiqamətdə müxtəlif qurumların əməkdaşları üçün birgə layihələrin faydalı ola biləcəyi bildirilib.
Ölkəmizin COP29 sədrliyi çərçivəsində bir sıra əhəmiyyətli təşəbbüslərlə çıxış etdiyi, bu istiqamətdə iqlim dəyişikliyi və beynəlxalq sülh arasında əlaqəyə vurğu edən “Atəşkəs çağırışı”nın xüsusilə təqdirəlayiq olduğu vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm