Ceyhun Bayramov braziliyalı senatorla görüşdü
Yusif Nəzərli
16:17 08.02.2024
Gündəm
448
Fevralın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Braziliya Federal Senatında Braziliya-Azərbaycan dostluq qrupunun rəhbəri senator Nelsinyo Tradın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Braziliya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri, artan siyasi təmaslar, ikitərəfli məsləhətləşmələr mexanizmi üzrə planlar müzakirə olunub.
Azərbaycan Hökuməti ilə Braziliya Hökuməti arasında Ticarət və investisiya əməkdaşlığı üzrə birgə işçi qrupunun növbəti görüşünə hazırlığın əhəmiyyəti diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf edən növbədənkənar prezident seçkilərinin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Söhbət zamanı, həmçinin bu il ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli əlaqələrin inkişafı, habelə COP30-u keçirən ölkə kimi Braziliya ilə əlaqələndirmə işlərinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya