COP29 çərçivəsində Bakıda mədəniyyət nazirlərinin görüşü keçiriləcək
12:26 13.09.2024
Gündəm
494
“Prezident İlham Əliyevin liderliyində həyata keçirilən dövlət siyasəti dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni dəyərlərin qorunub saxlanmasına və təbliğinə yönəlib. Hər bir mədəni sərvət mühafizə edilməklə yanaşı, beynəlxalq aləmdə davamlı şəkildə təbliğ olunur”.
Mədəniyyət Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, Adil Kərimli bu sözləri Rusiyanın Sankt-Peterburq şəhərində “XXI əsrin mədəniyyəti: suverenlik, yoxsa qlobalizm?” mövzusunda X Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu çərçivəsində keçirilən nümayəndə heyətləri rəhbərlərinin görüşündə deyib.
“Beynəlxalq mədəni əməkdaşlığın perspektivləri” mövzusunda çıxış edən nazir bildirilib ki, çoxmillətli ölkə olan Azərbaycan zəngin tarixi-mədəni irsə malikdir. Azərbaycanda hər bir mədəni sərvət dövlətin himayəsi altındadır.
Nazir həmçinin qlobal iqlim dəyişikliyi şəraitində sıx beynəlxalq əməkdaşlığa və mədəniyyət sahəsində innovativ həllərdən istifadəyə ehtiyac olduğunu vurğulayıb. Qeyd olunub ki, bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində mədəniyyət nazirlərinin görüşü təşkil ediləcək. Görüşdə iqlim dəyişikliyinin mədəni irsə təsiri, habelə ətraf mühitin qorunmasında mədəniyyətin rolu məsələləri ilə bağlı müzakirələr aparılacaq.
Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova isə çıxışında xarici ölkələrlə mədəniyyət mübadiləsinə töhfə verən festivalların davamlı keçirilməsinin və təbliğinin vacibliyini qeyd edib.
Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərində “XXI əsrin mədəniyyəti: suverenlik, yoxsa qlobalizm?” mövzusunda X Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu keçirilir. 80 ölkənin təmsil olunduğu forumda mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir. Tematik panellər, dəyirmi masalar, görüşlər, təqdimat və sərgilər, konsertlərdən ibarət zəngin proqramı olan X Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu sentyabrın 14-də başa çatacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət