COP29: Dini liderlər sammiti keçiriləcək
12:25 10.02.2024
Gündəm
382
Bu il Azərbaycanda keçiriləcək COP29 konfransında BMT dinlərarası pavilyonun və dini liderlər sammitinin keçirilməsi Müsəlman Ağsaqqalları Şurasına (MAŞ) həvalə edilib.
"Report"un məlumatına görə, bununla bağlı Şuranın Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçirilən növbəti iclasında bildirilib.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Müsəlman Ağsaqqalları Şurasının üzvü, Şeyxülislam Allahşükür Paşazadə iştirak edib.
QMİ-dən bildirib ki, tədbir iştirakçıları ötən il Abu Dabi şəhərində keçirilən BMT iqlim dəyişikliyi 28-ci çərçivə konfransında (COP28) ilk dəfə təşkil olunmuş dinlərarası pavilyonunda BMT-nin müvafiq qərarı ilə əsas təşkilatçı qismində çıxış edən, eləcə də adı çəkilən konfrans çərçivəsində Vatikan ilə birgə dini liderlərin Sammitini keçirən MAŞ-nın uğurunu xüsusilə qeyd ediblər.
Vurğulanıb ki, bu il Azərbaycanda keçiriləcək növbəti COP29 konfransında da BMT dinlərarası pavilyonun və dini liderlər sammitinin keçirilməsini Müsəlman Ağsaqqalları Şurasına həvalə edib. Bu məsələdə Şeyxülislam Allahşükür Paşazadəyə düşən mühüm rolu xüsusi vurğulayan Şuranın sədri və baş katibi QMİ sədrindən məsələ ilə bağlı Azərbaycan rəhbərliyinə müraciət etməsini, baş katib Məhəmməd Əbdüssəlamın Azərbaycan rəsmilərilə görüşlər keçirmək üçün ölkəmizə səfərini təşkil etməklə bağlı xahiş ediblər.
Şeyxülislam Allahşükür Paşazadə sonuncu BMT iqlim dəyişikliyi konfransında Şuranın dəyərli təcrübə qazandığını, bu təcrübənin Bakıda keçiriləcək COP29 konfransına töhfə verəcəyinə ümid etdiyini, bunun üçün Azərbaycan dövlətinin müvafiq orqanları ilə görüşəcəyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm