İranın “Tesnim” xəbər agentliyinə görə, İran lideri Ayətullah Müctəba Xameneinin müşaviri və keçmiş İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Mohsen Rezaei bildirib ki, İran ABŞ-nin tətbiq etdiyi dəniz məhdudiyyətlərinə qarşı müxtəlif addımları nəzərdən keçirir.
Sherg.az agentliyə istinadən xəbər verir ki, Rezaeiyə görə ABŞ və İsrail regionda eyni strateji xətt üzrə hərəkət edir və “İranın zəiflədilməsi” onların planının əsas hissəsidir.
Rezaei vurğulayıb ki, İran mövcud olduğu müddətdə bölgədə yeni bir nizamın tam şəkildə qurulması mümkün deyil.
O həmçinin bildirib ki, Tehran ABŞ-nin tətbiq etdiyi dəniz məhdudiyyətlərini dayandırmağa məcbur edəcək:
“Bunu ya danışıqlar yolu ilə, ya da zərurət yaranarsa birbaşa addımlarla edəcəyik.”
İran rəsmisi bu məsələdə ölkəsinin geri çəkilməyəcəyini də qeyd edib.