Döyüşdən dönən müəllim: “ ““Qanlı təpə”də əsgərlərimdən biri...” - Fotolar
Banuçiçək Kalbalıyeva
08:55 09.03.2021
Gündəm
1589
Vətən müharibəsində iştirak edən mərd oğullar öz hünərləri, cəsarətləri ilə həm də gənc nəslə nümunə oldular. Şəhid və qazilərimiz cəmi 44 günün içində uşaq və yeniyetmələrin qəhrəmanına çevrildilər. İndi təkcə ailə üzvləri yox, bütöv bir cəmiyyət onlarla fəxr edir. 1992-ci il təvəllüdlü İbrahim Şahmarov da igidliyi, qorxmazlığı, təəssübkeşliyi ilə fərqlənən gənclərdəndir. O, Cəlilabad rayonunun Buravar kəndində anadan olub. 1999-2010-cu illərdə Buravar kənd orta məktəbində təhsil alıb. Ardınca Azərbaycan Müəllimlər İnstitunun Cəlilabad filialını “Azərbaycan dili və ədəbiyyat müəllimi” ixtisası üzrə bitirib. 2014-cü ildə TTM-də üç aylıq kurs keçərək leytenant rütbəsinə layiq görülüb. Sonrakı bir il müddətində Qusar rayonunda xidmət edib. Və dörd ildir ki, Masallı rayonunda müəllim kimi çalışır.
Şagirdlərinin sevimlisi olan gənc müəllim İkinci Qarabağ müharibəsindəki qəhrəmanlığından sonra onların rəğbətini daha çox qazanıb. İ. Şahmarov özünün döyüş yolu haqda daha ətraflı “Sherg.az”a danışdı:
“Cənab general Polad Həşimov şəhid olandan sonra müharibədə könüllü döyüşmək üçün müvafiq hərbi səfərbərlik idarəsinə müraciət etdim. Dedilər ki, lazım olanda çağırılacaqsınız. Əslində bu, mənim üçün gözlənilən idi. Çünki ehtiyatda olan zabitəm. 2016-cı ildəki Aprel döyüşlərində Füzuli istiqamətində, müdafiə bölüyünün tərkibində vuruşmuşam. Sentyabrın 28- i axşam saatlarında, nəhayət, gözlənilən zəng gəldi. Çox sevinmişdim. Hətta hərbi komissarlığa o qədər tələsik getmişdim ki, sənədlərimi evdə unutmuşdum. Beləliklə, N saylı hərbi hissədə xidmətə başladım. Hərbi hissənin birinci taborunun birinci bölüyünün komandirinin şəxsi heyətlə iş üzrə müavini idim. Cəbrayıl və Qubadlı istiqamətindəki döyüşlərdə iştirak etdim”.
İ.Şahmarov, həmçinin bildirdi ki, döyüşlər çox ağır şəraitdə keçib:
“Günlərlə ac, susuz qalmışıq. Əlbəttə, bu, təbii idi. Əsgərlərimə stimul verirdim. Onlara deyirdim: “Dözümlü olmaq lazımdır. Allah bizimlədir, qələbə bizim olacaq”. 1992-ci il hadisələrini şəxsi heyətə xatırlatmaqla onların daxilindəki hərbi-vətənpərvərlik ruhunu üzə çıxarırdım. Dediyim kimi, susuzluqdan çox əziyyət çəkirdik. “Qanlı təpə” adlandırdığımız yerdə əsgərlərimdən biri içində bir neçə damcı su olan iki butulka tapmışdı. Çox sevinmişdi. İkimiz də acgözlüklə içdik. Lakin, əlbəttə, susuzluğumuzu yatıra bilmədik. Bir dəfə səkkiz saat uzun yol gedəndən sonra təminat tapdım. İçində quru çörək var idi. Səkkiz nəfər arasında bölüb yedik və Allaha şükür etdik. İki dəfə minomyotun dalğasına məruz qalmışam. Birincidə iki qabırğam çatladı, ikincidə isə sağ dizim əzildi. Dizim hələ də sağalmayıb. Biz məhrumiyyətlərə dözərək qalib gəldik. Lazım olsa, yenə eyni çətinliklərə tab gətirməyə hazıram. Çünki mənim üçün Vətən, bayraq hər şeydən müqəddəsdir. Yanvarın 1-də tərxis olundum. Qubadlı və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olundum. Həmçinin Vətən müharibəsindəki xidmətlərimə görə mənə baş leytenant rütbəsi verildi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ürəyi hər an dayana biləcək qadının həyatı xilas edildi
08:44 02.11.2026
Hadisə
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə