Əgər yolunu azmış bir raketdirsə, İranı bağışlayırıq, amma...- Hakan Fidan

“Türkiyə asanlıqla provokasiyalara uyan ölkə deyil"

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) Qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısına ev sahibliyi edib.

Sherg.az xəbər verir ki, toplantıdan sonra mətbuata açıqlama verən Fidan bildirib:

“Türkiyə asanlıqla provokasiyalara uyan ölkə deyil. Öz təhlükəsizliyimizi qorumaqda heç bir problemimiz yoxdur.”

Fidan qeyd edib ki, TDT ölkələrinin iştirakı ilə atılacaq əlavə addımlar və əməkdaşlıq bu günün mürəkkəb qlobal şəraitində daha böyük fayda gətirəcək. Onun sözlərinə görə, bu günkü toplantı Türk Dövlətləri Təşkilatının ən qiymətli ortaq çətiri olduğunu bir daha göstərdi.

Fidan əlavə edib ki, gələcəkdə ölkələr yaxın əməkdaşlıqda işləməyə davam edəcək, mütəmadi görüşlər vasitəsilə bütün sahələrdə əməkdaşlıq dərinləşdiriləcək və bölgənin, həmçinin dünyanın sülh, rifah və sabitliyinə töhfə veriləcək.

Nazir vurğulayıb ki, Türkiyə hər hansı bir provokasiyanın təsirinə qapılıb müharibəyə çəkilməyin nəticələrini yaxşı bilir. İranlı rəsmilərlə bu məsələ müzakirə olunub və əgər yolunu azmış bir raketdirsə, bu ayrıca məsələdir. Lakin bunun davam edəcəyi halda, qəbul edilməyəcəyi bildirilib.

Fidan əlavə edib:

“İran heç kəsin belə bir macəraya atılmaması üçün tövsiyə almalıdır. Türkiyə hər zaman dostluğunu, prinsipial mövqeyini və sülhə verdiyi töhfəni ortaya qoymuşdur.”

O həmçinin Masud Pezeşkyanın açıqlamasının əhəmiyyətini vurğulayıb:

“Pezeşkyan bildirdi ki, ‘Hücum etməyən yerə biz də hücum etməyəcəyik. Hücum etdiyimiz üçün üzr istəyirik.’ – bu açıqlamanın altını xüsusi çızırıq.”