Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb

Türkiyənin sabiq Baş naziri və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Davudoğlu bu barədə sosial media hesablarında bəyanat yayıb.

O, bəyanatında Gələcək Partiyasının fəaliyyətinə son verildiyini və partiyanın rəsmi şəkildə buraxıldığını elan edib.