Ərdoğan açıqladı: Türkiyə-Malayziya ticarəti 10 milyarda çatacaq!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziya Baş Naziri Enver İbrahim ilə görüşüb.

Sherg.az xəbər verir ki, görüşdən sonra keçirilən birgə mətbuat konfransında Ərdoğan bildirib ki, iki ölkə arasında 7 sənəd imzalanıb və ticarət hədəfi 10 milyard dollardır. O, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlığın artdığını qeyd edib.

Ərdoğan Türkiyə-Malayziya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısının keçirildiyini və bu mexanizmlə dostluğun daha da möhkəmlənəcəyini vurğulayıb. O, həmçinin təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Malayziya Baş Naziri Enver İbrahim isə Ərdoğanı cəsarətli lider və İslam dünyasında nümunəvi rəhbər kimi qiymətləndirib, iki ölkə arasındakı strateji əməkdaşlığı yüksək dəyərləndirdiklərini bildirib.