Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həftəsonunu ata-baba yurdu Rizədə keçirib.
Sherg.az xəbər verir ki, Ərdoğan ötən cümə axşamı bir sıra proqramlarda iştirak etmək üçün Rizəyə gəlib. O, bu gün Rizədən ayrılmadan əvvəl qonşularını ziyarət edib və onlarla söhbətləşib.
Ziyarətdən sonra Güneysudan ayrılan Türkiyə lideri Samsundakı proqramlarına qatılmaq üçün hava yolu ilə yola düşüb.