Ərdoğan BMT-də dəhşətli fotolar göstərdi - FOTOLAR

“Hamı əlini vicdanına qoyub cavab versin”
Prezident Ərdoğan, Birləşmiş Millətlər Təşkilatı (BMT) 80-ci Baş Assambleyasında Qəzzada baş verən İsrail vəhşiliyini fotolarla gözlər önünə sərib.
Sherg.az xəbər verir ki, Ərdoğan bildirib:
 
“İndi sizə Qəzzadakı gündəlik həyatı əks etdirən bir foto göstərəcəyəm. Birinci fotoda gördüyünüz kimi qadınların əlində ləyənlər var. Xahiş edirəm, hamımız vicdanımıza əl qoyub cavab verək. 2025-ci ildə belə qəddarlığın məntiqi bir səbəbi ola bilərmi? Lakin insanlıq adına bu utanc mənzərəsi Qəzzada 23 aydır hər gün təkrar olunur. 365 km² sahədə yaşayan 2,5 milyon Qəzza sakini hər gün öz evindən sıxışdırılır və başqa bölgələrə köçməyə məcbur edilir.”