Ərdoğan: Diplomatiyanın yerini raket və bombalar tutub

Dialoq və diplomatiyanın yerini raket ilə bombaların tutduğu dövrdə heç bir dövlət təhlükəsizlikdə deyil.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Parlamentlərarası İttifaqın 152-ci sessiyasına qatılan müxtəlif ölkələrin qanunverici orqanlarının sədrlərini qəbul edərkən çıxışı zamanı deyib.

"Dialoq və diplomatiyanın yerini raket ilə bombaların tutduğu dövrdə heç bir dövlət təhlükəsizlikdə deyil", - o bildirib və əlavə edib ki, Türkiyə bütün münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır.