Ərdoğan İsrailə qarşı mümkün hərbi əməliyyatlar barədə danışıb - SOS

Türkiyə fələstinlilərin mümkün məcburi köçürülməsinin qarşısını almaq üçün İsrailə qarşı müəyyən hərbi addımlar ata bilər.

Sherg.az xəbər verir ki, bu barədə aprelin 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Asiya siyasi partiyalarının beynəlxalq konfransında çıxışı zamanı bildirib.

“Biz güclü olmalıyıq ki, İsrailin bunu Fələstinə qarşı etməsinə mane olaq. Qarabağa girdiyimiz kimi, Liviyaya girdiyimiz kimi, onlara qarşı da eyni addımı atacağıq”, - deyə onun sözlərini "The Jerusalem Post" (JP) nəşri sitat gətirir.

Ərdoğan bildirib ki, İsrail atəşkəsə baxmayaraq, guya mülki yaşayış məntəqələrinə hücumlar səbəbindən 1,2 milyon livanlını evlərini tərk etməyə məcbur edib. "JP" qeyd edir ki, İsrail və ABŞ Livanın İranla qüvvədə olan atəşkəs razılaşmasına daxil edilməsi ilə bağlı iddiaları rədd edirlər.

"The Wall Street Journal" qəzeti aprelin 9-da yazıb ki, İsrail hakimiyyəti ABŞ ilə İran arasında atəşkəs qərarından narazı qalıb, həmçinin Təl-Əvivin bu razılaşma qarşısında fakt qarşısında qoyulmasından da narazıdır. Nəşrin mənbəsi dəqiqləşdirib ki, İsrailin baş naziri Binyamin Netanyahu ABŞ lideri Donald Trampa sülh razılaşmasında iştirak üçün razılıq versə də, atəşkəsin Livana da şamil olunması ehtimalı onu qane etməyib, çünki Təl-Əviv Tehran və Beyrutla münaqişələrdə fərqli məqsədlər güdür.