Ərdoğan korteji dayandıraraq 4 aylıq körpəni qucaqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avtomobil karvanını dayandıraraq 4 aylıq körpəni qucaqlayıb.

Sherg.az xəbər verir ki, zəlzələ bölgəsindəki yeni inşaa olunan 350 mininci mənzilin açarlarının təhvil verilməsi mərasimi üçün Adıyamana gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yolda ailəsinin qucağında gördüyü 4 aylıq körpəni qucaqlayıb, əzizləyib.

Prezident həmçinin uşaqlara oyuncaq paylayıb və 4 aylıq Məhəmməd Fatih Karanfil adlı körpəyə qızıl hədiyyə edib.