Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-dəki qurultay böhranına münasibət bildirərək müxalifəti daxili çəkişmələrdə ittiham edib.
Sherg.az xəbər verir ki, Beştəpədə keçirilən bərpa olunan enerji layihələrinin açılış mərasimində çıxış edən Ərdoğan bildirib ki, müxalifətin gündəmində ölkə problemləri deyil, yalnız “vəzifə savaşı, təhqirlər və qarşıdurmalar” yer alır.
“Dünən qəhrəman elan etdiklərini bu gün xain damğası ilə ittiham edirlər. Bu gün alqışlananlar sabah eyni aqibətlə üzləşə bilər”, - deyə Türkiyə lideri vurğulayıb.
Ərdoğan qeyd edib ki, CHP-də yaşananlar partiyanın daxili məsələsidir, lakin bu cür mübahisələrin siyasətin nüfuzuna və Türkiyə demokratiyasının keyfiyyətinə zərər vurduğunu bildirib.