Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində hərbi çevrilişlər dövrünün başa çatdığını bildirib.
Sherg.az “Milliyet”ə istinadən xəbər verir ki, Ərdoğan Samsun Şəhər Xəstəxanasının açılışında çıxış edərək 12 sentyabr 1980-ci il hərbi çevrilişinin Türkiyənin demokratiyasına və inkişafına ağır zərbə vurduğunu deyib.
O qeyd edib ki, 2002-ci ildən etibarən demokratiyaya qarşı bütün cəhdlər uğursuzluğa düçar olub.
“Türkiyədə çevrilişlər dəftəri artıq bağlanıb. Bu dəftərin yenidən açılmasına da bu millət imkan verməyəcək”, - deyə Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti 12 sentyabr və 28 fevral çevrilişlərinin iştirakçılarının ədalət qarşısında cavab verməsini təmin etdiklərini də bildirib.